Bir anlıq iki zamanı yanaşı qoyaq.
Müharibə dövrü, hamı birdir. Şəhər və kəndlərimizin, xüsisilə Şuşanın azad olunmasını gözləyir, arzu edirik.
İndiki dövr. Şuşaya gedən və getməyən yazarlar bir-birlərinə at-eşşək deyir.
Düzdür seçimdə cığallıq, tərəfkeşlik, cib, mədə, zövq diktəsiylə ələmələr, əlləmə işlər olub. Bunu hər kəs gördü. Ancaq ora hamı da gedə bilməz axı. Və ya ideal seçmə də aparmaq mümkün deyil, belə seçim təbiətdə olur, mövcud şəraitdə əlverişli əlamətləri olanlar qələbə çalır, yaşayır, növlər belə əmələ gəlir. İnsan da öz maraqlarına uyğun bitki və heyvanlarda olan əlamətləri seçir, çoxaldır, bu zaman sortlar əmələ gəlir. Növlər təbii amillərə dözümlü olur. Sortlar isə insan marağı baxımdan üstün olur, görnüşü, kəmiyyəti çox olsa da, keyifiyyət və təbiətdə sərbəst qalmaq bacarığı az olur. Məsələn bir ev ördəyini təbiətə buraxsaq, canavarlardan öncə tülkülər o saat yeyər. Odur ki, seçmə məsələsi qəliz işdir.
Şuşaya gedənlər də bizik, getməyənlər də.
Özümüz özümüzə niyə at-eşşək deyirik?
Olmaz belə.
Anar müəllim əyləşib. Bir qism deyir belə oturmamalıdır, deputat olanda və s. Xalqın, müstəqilliyin sözünü deməyib. Bir qism deyir ki, bəy kimi oturub, ermənilərə göz dağı verir.
Anar müəllim yaşlı insandır, yorulub və ya istirahət üçün oturub. Burda nə var ki? Necə oturmalıdır, büzüşməli, ya dirsəklənməlidir?
Oturmağın başqa məsələlərə nə dəxli?
Qəribə ictimai şüurumuz var.
Əl qərəz, yazarlar, bu günün sabahın ziyalıları, sözlərinizi seçin, fikirlərinizi ifadə edəndə. Cıdır düzündə, Şuşada qarğalar rəqs edirdi, qəhrəmanlarımız uçurtdu. Tikə-tikə uçub getdilər.
At-eşşək söhbətini, insanları müqayisə, təftiş etməyi yığışdırın. Pis, yaxşı almanın qırmızı, göy üzü də bizimdi. Tamlıqda, bütövlükdə həqiqətik, bizik.
Nə edək, çubuq alıb əlimizə sözə baxmayanları döyək?))
Məndən olsa, gələn il Vaqif poeziya günlərini belə keçirərdik:
Qobustana gedib, hərəyə 5 ağac əkib, qədim mağaralarda şeir, nitq söyləyər, qaya üstü rəsmlərdəki yallıları təqlid edərdik. Ordan bir də müasir dünyaya dönərdik.))
Ən yaxşısı, ciddisi isə belə:
2-3 gün əvvəldən gedirik Şuşaya, quruplara bölünüb, səhər saat 8- dən axşam 9- a kimi, yol çəkiri, ağac əkir, binaların tikinti – təmirində iştirak edib, axşam da gecə 2- yə kimi yarımçıq roman və poemaların üzərində işləyərdik.
Çox faydalı olardı, bizə də, Şuşaya da.
Şuşa, sən azadsan, bizimsən. Belə söz-söhbətə fikir vermə!
Sadiq Qarayev
https://m.facebook.com/story.php?story_fbid=1111595243044104&id=100025809155752