Yurda sarı çəkir bizi xəyallar,
Vətəndən yaz, Vətəndən yaz, qardaşım!
Gözümüzdə çözələnir o yollar,
O yollarda itəndən yaz, qardaşım!
Vətəndən yaz, Vətəndən yaz, qardaşım!
Gecə-gündüz bizi o yurd haraylar,
Oğuzları Dədəm Qorqud haraylar,
İntiqama bizi Boz Qurd haraylar,
Düşmən üstə gedəndən yaz, qardaşım!
Vətəndən yaz, Vətəndən yaz, qardaşım!
Bu nə hikmət, nə möcüzə, sirr imiş?
İndi bildik Vətən bizə pir imiş,
Bir mahalın dərdi-səri bir imiş,
Dərdə-qəmə batandan yaz, qardaşım!
Vətəndən yaz, Vətəndən yaz, qardaşım!
Yurd həsrəti qəlbimizin qubarı,
Vətən idi millətimin vüqarı,
Qışa döndü ömrümüzün baharı,
Bu dünyanı qatandan yaz, qardaşım!
Vətəndən yaz, Vətəndən yaz, qardaşım!
















Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyalarının açılışı olub
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib











