1905.az

  • Ermənilərin ‘gəliş’i
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanlıların soyqırımları
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Erməni dövləti
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanlıların deportasiyaları
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Ermənistanın Azərbaycana təcavüzü
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Atəşkəs davam edir…
    • Xronika
    • Nota bene
    • Təhlil
    • Xəbər
  • Azərbaycanca
  • العربية
  • Հայերեն
  • English
  • Français
  • ქართული
  • Deutsch
  • فارسی
  • Русский
  • Español
  • Türkçe

XƏBƏR AXINI

  • Azərbaycanlı aşpazlar ölkəmizin qastroturizm potensialını təbliğ ediblər
  • AVCİYA Bələdiyyə seçkiləri ilə bağlı Aralıq Hesabat təqdim etdi
  • ABŞ Senatı qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə layihəsini qəbul edib
  • Azərbaycan Prezidenti Heydər Əliyevin 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə Azərbaycan xalqına müraciəti – Bakı şəhəri, 27 mart 2003-cü il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti – 27 mart 2002-ci il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 31 mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan xalqına müraciəti – Bakı şəhəri, 29 mart 2000-ci il
  • 31 Mart – Azərbaycanlıların Soyqırımı günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına müraciəti – 30 mart 1999-cu il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü – Prezident sarayı, 24 fevral 1996-cı il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Xocalı sakinlərinin bir qrupu ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin giriş sözü – Prezident sarayı, 24 fevral 1996-cı il
  • Xocalı soyqırımının dördüncü ildönümü ilə əlaqədar Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına müraciəti – 24 fevral 1996-cı il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının üçüncü ildönümü ilə əlaqədar keçirilən mərasimdə çıxışı – Təzəpir məscidi, 26 fevral 1995-ci il
  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xocalı soyqırımının üçüncü ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciəti – 25 fevral 1995-ci il
  • Xocalı soyqırımı qurbanlarının ailələrinə – 1 mart 1994-cü il

1905.az Kitabı

elkhan-suleymanov.az Şamaxının millət vəkili
Elxan Süleymanovun
fərdi veb saytı
  • Sənədlər
  • Xəritələr
  • Nəşrlər

Kitab rəfi

xocalı soyqırımı

XANƏGAH (QUBA RAYONU) MƏSCİDİ

  • XANƏGAHDA MƏSCİD DAĞILIR…
  • Qubada tarixi məscid məhv olmaq təhlükəsi ilə üz-üzə – Fotolar
  • “Sovet dövründə anbara çevrilmiş məscid təhlükədədir” – Fuad Babayev
  • 4660 saylı və yerli əhəmiyyətli abidə haqqında…
  • Xanəgah məscidi 1 şeir və 14 şəkildə

132

  • Gülər Qafqazlının “Məzun sözü”
  • BABƏK
  • Şəlalə Bağırovanın “Məzun sözü”
  • H.Cavid adına 132 nömrəli məktəb

Bir səfirin sərsəmləmələri

22.04.2018

bukinist mendel foto

“Səfir Morqentaunun tarixçəsi. Erməni xalqının faciəsi” kitabı 2010-cu ildə Moskvada, “Sentopoliqraf” nəşriyyatında çap olunub. Kitab 1913-1916-cı illərdə Amerika Birləşmiş Ştatlarının Türkiyədəki səfiri olan Henri Motqentau tərəfindən qələmə alınıb. Xüsusi olaraq qeyd edək ki, Henri Morqentaunun qələmə aldığı kitabın əsil adı “Səfir Morqentaunun tarixçəsi”dir və “Erməni xalqının faciəsi” adının buraya əlavə edilməsi kitabın rus naşirlərinin təşəbbüsüdür. Elə həmin naşirlər tərəfindən də kitabın annotasiyasında nəşrdə Türkiyə imperiyasının şərq əyalətlərində yaşayan ermənilərin qırılmasının təsvir olunduğu vurğulanır. Halbuki 319 səhifəlik kitabın yalnız onda bir hissəsi ermənilərlə bağlı məsələlərə həsr olunub.

Müqəddimə hissəsində müəllif bu kitabı ABŞ prezidenti Vudro Vilsona ithaf etdiyini bildirir və onu dünyanın marrifpərvər içtimai rəyinin Amerikadakı təmsilçisi kimi qələmə verir. Kitabda Birinci Dünya müharibəsi ərəfəsində və müharibə dövründə Türkiyədə baş verən hadisələrdən, Almaniyanın bu ölkədəki fəaliyyətindən ətraflı bəhs olunur. Göstərilən dövrdə İstanbulda ölkələrini təmsil edən bir sıra səfirlərin – Vanhenhaymın (Almaniya), Pallaviçininin (Avstriya), Ser Lui Malletin (Böyük Britaniya), M.Toşevin (Bolqarıstan) və başqalarının portretləri əlvan boyalarla verilir.

 

Gənc türklər hərəkatından ikrahla bəhs edən səfirin bu hərəkatın liderləri olan Tələt paşa, Ənvər paşa və Camal paşaya nifrəti aydın sezilir. Bu insanlar haqqında danışarkən təhqiramiz ifadələrdən gen-bol istifadə edən ABŞ səfiri Tələt paşanın mənşəyindən danışarkən onun bolqar qaraçısı olmasını, Ənvər paşanın isə təşəxxüslü birisi olduğunu qeyd edir. Müəllif istər Tələt paşanın yoxsul evini, istərsə də Ənvər paşanın dəbdəbəli həyatını eyni ikrahla təsvir edir. Ənvər paşanı istedadsız hərbçi kimi təqdim edən Morqentau onun Qafqazdakı hərbi uğurlarını və Çanaqqaladakı şücaətini yaddan çıxarır.

 

Türkiyədə başqa xalqların əzildiyini iddia edən səfir, gənc türkçülərin hökumətində ərəb-xristian, yəhudi, erməni, misirli və çərkəsin kabinet üzvü olmasının fərqinə varmır. Halbuki kitabın digər səhifələrində Türkiyədə tucarət və iqtisadiyyatın daha çox yəhudilərin, ermənilərin və digər başqa millətlərin nümayəndələrinin əllərində cəmləşdiyini qeyd edib.

 

Morqentau öz kitabında ABŞ-ı neytral dövlət kimi təqdim etməyə cəhd göstərsə də, bəzi məqamların üzərindən sükutla keçə bilməyib. Bunların sırasında müharibədə Türkiyənin rəqibi olan Yunanıstana ABŞ-ın iki hərbi gəmini satmasını (baxmayaraq ki, belə bir hərəkətin yolverilməzliyini türk rəsmi dairələrinin nümayəndələri və Almaniya səfiri Morqentaunun diqqətinə çatdırmışdılar), hərbi əməliyyatlardan əziyyət çəkən türk əhaliyə deyil, ermənilərə ABŞ yardımının göstərilməsini qeyd etmək olar.  Morqentaunun kitabında ən heyrətamiz məqamlardan biri isə səfirin xanımının Bolqarıstan kraliçasını ölkəsinin Türkiyənin müttəfiqi olmaması ilə bağlı dilə tutması ilə əlaqədardır. Bütün bunlar göstərir ki, ABŞ müharibədə Türkiyənin məğlub olmasının və bir dövlət kimi yoxa çıxmasının tərəfdarı olub. Elə müəllifin türklərin Çanaqqala zəfərindən danışanda duyduğu təəssüf də bunun təzahürüdür.

 

Ermənilərin Türkiyə ilə müharibə aparan Rusiyaya kömək etdikləri, yaşadıqları ölkəyə arxadan zərbə vuraraq ixtişaşlar törətmələri ilə bağlı döyüş meydanından müvəqqəti deportasiya olunduqlarını bildirən daxili işlər naziri Tələt paşanın və hərbi nazir Ənvər paşanın verdikləri informasiyaya baxmayaraq, ABŞ səfiri İstanbuldan çıxmadan Şərqi Anadoluda baş verənləri istədiyi kimi şərh edir. Ermənilərin Van üsyanının mahiyyətini “açıqlayanda” isə səfir bütün normaları aşıb keçir. Həm Tələt paşa, həm də Ənvər paşa Türkiyədə 1 milyon erməni yaşadığını vurğulamalarına baxmayaraq, Morqenrau 2 milyon rəqəmindən gen bol istifadə edir ki, 1 milyon nəfər erməninin “öldürüldüyünü” söyləyə bilsin. Hərçənd özü də etiraf edir ki, böyük şəhərlərdə – İstanbul, Aleppo və digər şəhərlərdə ermənilərə toxunulmur.

 

Morqentau türklər haqqında təhqiramiz ifadələrdən istifadə edir, onların vəhşi, qaniçən xalq olduqlarını vurğulayır: “Onlarda sivilizasiyalı cəmiyyətin əsasını təşkil edən şeylər yoxdur. Əlifba və yazıları, kitabları, şairləri, incəsənət və memarlıqları mövcud deyil, şəhərlər salmayıb, möhkəm dövlətlər qurmayıblar… ” Əlavə şərhə ehtiyac varmı?  Daha sonra isə səfir öz mülahizələrində hətta absurda varır: “…Sultanlar bəzi xalqlara, məsələn, yunan və ermənilərə onların müstəqilliklərini və rifahlarını təmin etmək üçün deyil, sadəcə olaraq onları tör-töküntü hesab etdiklərindən və Osmanlı imperiyasına layiq olmadıqlarına görə xüsusi hüquqlar verirdilər” (!-red.) Türk tarixindən xəbərsiz olan ABŞ səfiri ermənilərdən danışanda tarix “bilici”sinə çevrilir: “Bu günkü ermənilər üç min il öncə (?-red.) bu ərazidə məskunlaşanların birbaşa varisləridir. Onların mənşəyi o qədər qədimdir ki, kökləri əsrlərdə itir, əfsanə və rəvayət dumanına bürünüb… Ermənilər haqqında yalnız bir şey dəqiq məlumdur: əsrlərlə onlar Osmanlı imperiyasının şərq hissəsində ən sivilizasiyalı və əməksevər xalq olublar… Onlar öz əməksevərlikləri və ağılları ilə məşhurdurlar, həmişə vicdanla və nizamlı həyat sürüblər”.

 

Bir faktı da qeyd etmək yerinə düşər. İstanbulda səfir kimi fəaliyyətə başlayan Heri Morqentau  erməni komitəçilərindən Arşak Şmavonyanı özünün birinci köməkçisi və tərcüməçisi, Akop Andonyanı isə katib təyin etmişdi. Haqqında danışdığımız kitabın ərsəyə gəlməsində də adları sadalanan şəxslərin böyük “xidmətləri” olub və onların dəst-xəttlərini aydın sezmək mümkündür.

 

Bir sözlə, səfir Moprqentaunun bu kitabı tarixi və hüquqi gerçəklikdən çox uzaqdır və sərsəmləmədən başqa bir şey deyil.

 

Gündüz Nəsibov,

1905.az

15 aprel 2015-ci il

Tweet
1905.az

Oxşar yazılar

1. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi, siyasi və hüquqi təhlil 2. Gənc tədqiqatçı-jurnalistin “Erməni terroru və Qriqorian kilsəsi” kitabı işıq üzü görüb 3. AZƏRBAYCAN ORTA ƏSR SİLAHLARI 4. “BÖYÜK DƏRBƏND ENSİKLOPEDİYASI” 5. AXC DÖVRÜ DAHA BİR MONOQRAFİYADA 6. Zərdab ətirli kitab

Kvartet

AHISKA TÜRKLƏRİMİZ

CƏNUBİ AZƏRBAYCANDA ERMƏNİLƏRİN TÖRƏTDİYİ SOYQIRIMLAR

İnsanlıq əleyhinə cinayətlər

İSTİQLAL SAVAŞINDA AZƏRBAYCAN ƏSGƏRİ

PYES QITLIĞI VARMI?

avciya
avciya.az Azərbaycanda Vətəndaş Cəmi̇yyəti̇ni̇n İnki̇şafina Yardim Assosi̇asi̇yası

Müsahibə

Xaqani Səfəroğlu

“Mətbuatda “sosial lift” işləmir, normal əmək haqqı yoxdur”

Nəriman Qasımoğlu

“İnsanlarıımızın şüurunu ona yönəltmək lazımdır ki, Quranı oxusunlar.”

Samir İsayev

“Qanunsuzluq olub olmadığını dərk etmək insanın gördüyü hadisələrə psixoloji yanaşmasının formalarından biridir.”

Tural Gəncəliyev

“Sosial şəbəkədə bizim fəaliyyətimizə etiraz edən şəxslərə tövsiyə edərdim ki, öz enerjilərini dünya erməniliyinə qarşı mübarizəyə sərf etsinlər.”

Nazir Əhmədli

“Məqsədim bütün Qərbi Azərbaycandakı türk izlərini pasportlaşdırmaqdır.”

Azad Əliyev

“Sayt və sosial şəbəkə paralel şəkildə işləyəndə effekt verir.”

azərbaycan xalq cümhuriyyəti - 100

300 söz

Fuad Babayev

SSRİ DÖVRÜNÜ XATIRLADAN AD HAQQINDA YAZI

AD ÇƏKMƏYƏNLƏR ORDUSU

Qəzetlərin sonu?!

ÜÇ ÖLKƏYƏ PULSUZ SƏFƏR

115 yaşlı məktəbdə bir necə saat

ƏN UZUN VƏ ƏN HÜNDÜR…

BİR KƏNDDƏ ÇƏKİLMİŞ İKİ FOTO

İş adamı

Mübarizin arzusu

QUBANIN AĞ ALMASI

Sütun

Dəyanət Musayev

Ermənilərin azərbaycanlılara qarşı soyqırımının tarixi kökləri

Ramiz Sevdimalıyev

Xocalı faciəsi üzrə Beynəlxalq Tribunalın təsis edilməsi zərurətinə dair

Hakkı Keskin

Ermənistan “soyqırımı” iddiaları ilə Azərbaycan ərazilərinin işğalını unutdurmaq istəyir

Gündüz müəllim xatirələrdə

İLYAS BABAYEV (1935-2017)

Tarixi Azərbaycan

Azərbaycan Xalq Cümhuriyyəti

1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.

 

Bizim sənətçi

RETROSPEKTİVA- Nizaminin, Füzulinin bizim olduqlarını sənəti ilə sübut edən SEYFƏDDİN MƏNSİMOĞLU

– Seyfəddin müəllim, necə oldu ağacoyma sənəti ilə məşğul olmağa qərar verdiniz?

Irs

Qarabağ muğam məktəbi

Xalqımızın köklü mədəni dəyərlərinin ayrılmaz hissəsi olaraq qəbul edilən Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilmişdir.

Söz

Rəsul Rza – Sənin adın

Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev) – Azərbaycanın xalq şairi, SSRİ Dövlət Mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı.

Infoqrafika

Laçın rayonuna erməni təcavüzü nəticəsində dəyən zərər

+++az_lacin_infografika.jpg

Bukinist Mendel

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi, siyasi və hüquqi təhlil

Tarix üzrə fəlsəfə doktoru, dosent, AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini Ramilə Dadaşovanın “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi, siyasi və hüquqi təhlil” kitabı işıq üzü görüb.

Wallpaper

Zəngilan

 

wallpaper zangilan

Studio Analitik qrupu Diskussiya klubu Kitabı Səyyar qalereya

© 2019 1905.az | Bütün hüquqlar qorunur.

1905.az STUDIO
  • Azərbaycanlıların soyqırımları
  • Ermənistanın Azərbaycana təcavüzü
  • Atəşkəs davam edir…
  • Erməni dövləti
  • Azərbaycanlıların deportasiyaları
  • Bizim sənətçi
  • Bukinist Mendel
  • Bizim Tarix
  • Irs
  • Wallpaper
  • Infoqrafika
  • Dəyirmi masa
  • Sütun
  • müsahibələr
  • Foto