132

Şəlalə Bağırovanın “Məzun sözü”

O zamanlar şəhərin mərkəzində – Baksovet metrosu (indiki İçərişəhər) ərazisində yerləşən 132 və 190 saylı məktəblərin nüfuzu çox böyük idi. Mənim də qismətimdə 1982-1992-ci illərdə ölməz Hüseyn Cavidin adını daşıyan 132 saylı məktəbdə təhsil almaq olub. İbtidai sinif müəllimim Zivər Hüseynzadə çox zəhmli, hədsiz tələbkar və hətta deyərdim ki, bir az qəddar müəllim idi.