HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

XİN: Cozep Borel tərəfindən Azərbaycan əleyhinə səsləndirilmiş, regiondakı reallıqları qəsdən təhrif edən ittihamlar qəbulolunmazdır

Noyabrın 13-də Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel tərəfindən Brüsseldə Xarici Əlaqələr Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Azərbaycan əleyhinə səsləndirilmiş, regiondakı reallıqları qəsdən təhrif edən ittihamlar tamamilə qeyri-adekvat və qəbuledilməzdir.

Ukraynanın orta məktəbində Azərbaycan dili fənni tədris olunmağa başlayıb


Azərbaycan ilə Ukrayna arasında siyasi, iqtisadi, elmi, təhsil, mədəni və digər əlaqələr daim inkişaf etməkdədir. Bu əlaqələrin bariz nümunələrindən biri də İrpen şəhərində akademik Zərifə Əliyevanın adını daşıyan xarici dillər üzrə ixtisaslaşmış “Linqvist” liseyidir. Bu məktəbi Azərbaycan və Ukrayna arasında “Dostluq körpüsü” də adlandırırlar. Azərbaycanı İrpenə bağlayan çox səbəblər var – akademik Zərifə Əliyevanın adını daşıyan küçə, park və məktəb. Bu səbəblərə daha biri əlavə olundu, Zərifə Əliyeva adına humanitar “Linqvist” liseyində Azərbaycan dili fənni tədris olunmağa başlayıb.