HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Avstriya Teleradiosunda Azərbaycanın işğaldan azad edilmiş əraziləri barədə geniş reportaj yayımlanıb

Avstriyanın ən böyük telekanalı – Avstriya Teleradiosunun (ORF) əsas xəbərlər buraxılışında işğal başa çatdıqdan sonra azərbaycanlıların doğma yurdlarına qayıdışından bəhs edən reportaj yayımlanıb.

AZƏRTAC xəbər verir ki, ORF-in çəkiliş qrupu bu məqsədlə Azərbaycanın işğaldan azad olunmuş Ağdam və Füzuli rayonlarına səfər edib, erməni vandallığı nəticəsində dağıdılmış yaşayış məntəqələri və xarabalıqları lentə alıb, aparılan bərpa və quruculuq işləri, ərazilərin minalardan təmizlənməsi ilə tanış olub, bir sıra şəxslərdən müsahibələr götürüb.