HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

DİN-in əməkdaşlarına qarşı törədilmiş terror aktları ilə bağlı cinayət işi açılıb

Sentyabrın 19-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşlarının olduğu “KamAZ” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 1994-cü il 5 fevral təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 1987-ci 8 iyul təvəllüdlü Şirinov Ramil Arif oğlu, 1991-ci il 12 iyul təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 1998-ci il 21 iyul təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.

MN: Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub

Sentyabrın 19-da saat 02:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.