HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Aktual Xəbər

Meksika, Kolumbiya və Peru paytaxtlarının mərkəzi küçələrində “Xocalıya ədalət” çağırışı edilib

“Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar fevralın 26-dan başlayaraq Meksika, Kolumbiya və Perunun paytaxt şəhərləri Mexiko, Boqota və Limanın mərkəzi küçələrində yerləşən böyük və orta ölçülü lövhələrdə “Xocalıya ədalət” çağırışları əks olunub.

Laçın şəhərinə növbəti köç karvanı yola düşüb

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı fevralın 28-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Ombudsman 2023-cü il üzrə məruzəsini təqdim edib

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 14-cü maddəsinə uyğun olaraq, ombudsmanın ölkədə insan hüquqlarının qorunması haqqında 2023-cü il üzrə məruzəsi hazırlanıb.

İƏT Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanat yayıb

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibliyi Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “1992-ci ildə Azərbaycan Respublikasının Xocalı şəhərində törədilən soyqırımının 32-ci ildönümü ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi cənab Hissein Brahim Taha şəhid olanların xatirəsinə ehtiramını bildirib.

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı yubileyi münasibətilə təbrik edib, Türkiyənin rifahı naminə fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.