AZƏRBAYCAN XALQ CUMHURİYYƏTİ – 100

Milli parlamentdə milli dil təəssübkeşliyi

Azərbaycan dövlət müstəqilliyi qazandığı 1918-1920-ci illərdə qurulmuş Xalq Cümhuriyyəti Parlamentində aparılan müzakirələr ideya-məzmunu ilə yanaşı, nitq mədəniyyəti baxımından da böyük maraq doğurur. Xüsusilə ona görə ki, Azərbaycan türkcəsi uzun əsrlərdən sonra ilk dəfə olaraq xalqın (və ölkənin) iqtisadi, ictimai-siyasi və mədəni taleyinin müzakirə edildiyi ali dövlət təşkilatına – Cümhuriyyət Məclisi-Məbusanına hakim olur…