Təhlil

Mühacirlər mart qırğını haqqında

Xalqımızın tarixində və taleyində misli görünməmiş Mart faciəsinin əsl mənzərəsi, mahiyyəti on illərlə gizlədilmiş, saxtalaşdırılmışdır.

Hacı Zeynalabdin Tağıyev Bakıda mart hadisələrinə dair teleqram göndəribmi?

 1918-ci il mart ayının 30-da axşam radələrindən başlayaraq Bakıda erməni-bolşevik qüvvələri tərəfindən türk-müsəlman əhalisinə qarşı yönəlmiş qırğınlar aprelin 2-nə kimi davam etmiş, öz kütləvi xarakterinə, miqyasına və amansızliğına görə “milli faciə” (1) kimi qiymətləndirərək Azərbaycan tarixinə “1918-ci il Mart hadisələri” adı ilə daxil olmuşdur.