HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Azərbaycanlıların soyqırımları

Cavanşir nəslinin nazir oğlu

Azərbaycanın istənilən şəhərində, bölgəsində elə nəsillər, sülalələr var ki, onları çox vaxt mənsub olduqları soyadları ilə tanıyırlar. Məşhur “Cavanşir” soyadı da bu qəbildəndir. Behbud xan Cavanşir həmin nəslin sayılıb-seçilən övladlarındandır: Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, ictimai-siyasi xadim, AXC dövrünün daxili işlər naziri, parlamentin üzvü…

Saxta göz yaşları və əsl həqiqətlər

1418060085_arm_3_600

Tarixin XXI yüzilliyinin ikinci onilliyidir. Zaman çox qaranlıq məqamların üstündən pərdəni götürüb, çox mətləblərə aydınlıq gətirib. Dünya bir yerdə durmur, öz məhvərində fırlandıqca fırlanır, dəyişdikcə dəyişir. Ədalət öz taxtında yerini möhkəmlətməkdədir. Lakin ermənilər hələ də öz uydurduqları yalanları ayaq tutub yeritməyə çalışırlar. Bunun üçün saxta göz yaşları tökərək vay-şivən qoparır, özlərinə tərəfdaşlar axtarırlar. 

Qubada erməni vandalizminin qanlı izi

78446a2989257858dd63916157b54f5b

Humanizmi, ədaləti, insanlığı yüksək dəyərləndirən İslam dini meydana gəldiyi dövrdən daim tolerantlığı üstün tutmuş, həmişə bu prinsipləri təbliğ etmişdir. Xalqımızın bugünədək azadlıq savaşında digər millətlərin nümayəndələri də azərbaycanlılarla çiyin-çiyinə dayanmış, bu yolda canlarını əsirgəməmişlər.

Göyçay və Cavad qəzalarında erməni vəhşilikləri

409385f417991f8ce9f8fbd4091364d8

Əvvəli burada

Şamaxı qırğınları zamanı qəzanın malakan əhalisinin də dəstəklədiyi erməni hərbi birləşmələri yalnız şəhəri deyil, 110 müsəlman kəndini də yandırıb əhalisini qırdıqdan, yaxud qaçmağa sövq etdikdən sonra Bakı Soveti tərəfindən erməni və malakan kəndlərində sovet hakimiyyəti adı altında bir idarə sistemi yaradılmasına cəhd edilsə də, əslində, bölgəyə nəzarət tamamilə erməni silahlılarının əlinə keçir. Aprel-may aylarında bu qüvvələr artıq bütün ətraf qəzaların müsəlman kəndlərini hədəfə alır. Göyçay, Cavad, Ərəş, Nuxa qəzalarının yolları və müsəlman kəndləri mütəmadi olaraq ayrı-ayrı erməni hərbi dəstələri və erməni kəndlərindən edilən silahlı hücumlara məruz qalır, yerli cəmiyyətlərin az-çox təmin etdiyi əmin-amanlığa son qoyulur.