Azərbaycanlıların deportasiyaları

Azərbaycanlıların kütləvi deportasiyası soyqırımı siyasətidir

XX əsr Azərbaycan tarixinin ağrılı-acılı səhifələrindən, faciələrlə dolu dövrlərindən biri soydaşlarımızın dədə-baba torpaqları olan Qərbi Azərbaycandan kütləvi şəkildə zorakılıqla deportasiya olunmasıdır. Erməni millətçilərinin riyakar və məkrli siyasəti nəticəsində on minlərlə azərbaycanlı “könüllülük” pərdəsi altında acı göz yaşları axıda-axıda, yüzlərlə, minlərlə qurban verə-verə doğma yurdlarından zorla çıxarılmış, fəryad çəkə-çəkə sürgünə məruz qalmışdır.

Azərbaycanlilarin Ermənistan SSR-dən deportasiyasi tarixindən (1947-1953-cü illər)

Azərbaycan torpaqlarına göz dikmiş erməni millətçiləri “Türksüz Ermənistan”uğrunda gizli və açıq mübarizə aparmış, Azərbaycan türklərinə qarşı soyqırım siyasəti yeritmiş, özlərinin məkrli və avantürist niyyətlərini həyata keçirmək məqsədilə tarixdə görünməmiş cinayətlər, vəhşiliklər, kütləvi qırğınlar, və vandalizm əməlləri törətmişlər.