Xronika

Deportasiyalar, xronika

1903-cü il

– Kilsə torpaqlarının Rusiya Torpaq və ƏmlakNazirliyinin sərəncamına keçirilməsi haqqında çıxarılan qanun kilsənin maliyyələşdirdiyi siyasi təşkilatların maddi vəziyyətinəzərbə vurduğu üçün erməni terrorizminin genişlənməsinə, anti-türk, anti-müsəlmanəhval-ruhiyyəsinin qızışmasına səbəb oldu. 1903-cü il 29 avqust Gəncədə, 2 sentyabr- Qarsda və Bakıda, 12 sentyabr-Şuşada,14 oktyabr-Tiflisdə ermənilər iğtişaşlar və terror törədirlər.