HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Füzuli

Əhmədbəyli-Füzuli-Şuşa yolu bölgədə turizmin inkişafına və iqtisadi fəallığı artırmağa töhfə verəcək

Azərbaycanın dövlət siyasətində yol infrastrukturunun yaxşılaşdırılması prioritet istiqamətlərdəndir. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər işğaldan azad olunmuş ərazilərdə də sürətlə davam etdirilir. Bu ərazilərdə icra olunan yol layihələri yenidən öz doğma torpaqlarına qayıdan əhalinin həyat şəraitinin yaxşılaşdırılması, iqtisadi əlaqələrin gücləndirilməsi və təhlükəsiz nəqliyyat şəbəkəsinin təmin edilməsi baxımından da önəm daşıyır. Əhmədbəyli-Füzuli-Şuşa yolu da belə layihələrdən biridir.

Beynəlxalq Parlament Konfransının iştirakçıları Füzuli şəhəri ilə tanış olublar

Dekabrın 7-də Milli Məclisdə keçirilmiş “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçıları Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər çərçivəsində bu gün ilk olaraq Füzuli rayonunda olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyətini Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşları qarşılayıblar.

Füzuli şəhərinə köçürülən 1000-dən çox şəxsin məşğulluğu təmin edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilən ərazilərimizə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması işlərini aparır. Füzuli şəhərinə köçürülən sakinlərdən artıq 1018 nəfərin məşğulluğu təmin edilib.

Füzulidə Şəhər Günü qeyd olunur

17 Oktyabr Füzuli Şəhəri Günüdür. Bu münasibətlə Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Füzulidə təntənəli Şəhər Günü tədbiri keçirilir.

Bu gün Füzuli Şəhəri Günüdür

Müasir standartlara və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad edilmiş ərazilərdə ən böyük şəhərlərdən biri olacaq