Təhlil

Erməni-tatar sazişi. Qarabağda sülhün bərqərar olması

Əgər Zaqafqaziyada asayiş yaradılması üç respublikada – Azərbaycanda, Gürcüstanda və Ermənistanda asayiş yaradılmasından asılı olsaydı, məsələ mahiyyət etibarilə bu dərəcədə mürəkkəbləşməzdi: bir qədər rəng sərf edib xəritədə sərhədləri asanlıqla qeyd etmək olardı.