
1808-ci ildə çar I Aleksandr (1801-1825) ruslara kömək məqsədi ilə apardığı cəsusluq fəaliyyətinə görə erməni kilsəsinin katolikosu Danieli birinci dərəcəli Müqqədəs Anna ordeni ilə təltif etdi. Ruslar qərbə hücum edib Osmanlı torpaqlarının dərinliklərinə irəliləyəndə də erməni kilsəsi daim onlara kömək edir və ardıcıl olaraq rusların onlan «müsəlman zülmündən» xilas etməyə səsləyirdi.
Rusiyanın İrandakı nazir-rezidenti (səfir), XIX əsrin tanınmış rus yazıçısı Aleksandr Qriboyedov İran ermənilərinin köçürülməsinin təşkilinin L.Lazarev və M.Arqutinski-Dolqorukinin üzərinə qoyulduğunu qeyd edir. Proses 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının erməni vilayətinə çevrilməsi fonunda baş verirdi.
1828-ci il fevralın 10-da bağlanan Türkmənçay müqaviləsinin 15-ci maddəsinə əsasən İranda yaşayan ermənilərə sərbəst surətdə Rusiyanın himayəsinə keçmək hüququ verilirdi.
Fotoqraf Yuliya Vişnevetskaya
1978-ci ildə DQMV-nin Mardakert rayonunun Marağa və ya Maraqaşen kəndində ilk 200 erməni ailəsinin Marağa şəhərindən (Cənubi Azərbaycan) Qarabağ torpaqlarına köçməsinin 150 illiyi şərəfinə obelisk ucaldıldı. Bu köçürülmə 1828-ci ildə Rusiya ilə İran arasında Türkmənçay müqaviləsinin imzalanmasından dərhal sonra başlanmışdı.