HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Ermənilərin ‘gəliş’i

XX əsrin 20-ci illərinin birinci yarısında ermənilərin Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşdirilməsi məsələsi

download
Azərbaycanın Dağlıq Qarabağ bölgəsi tarixən ermənilərin ərazi iddialarının mərkəzi olubdur. Erməni müəllifləri Dağlıq Qarabağı mifik Böyük Ermənistan dövlətinin tərkib hissəsi kimi qələmə verməyə çalışırlar. Onlar bunu onunla əsaslandırırlar ki, güya Dağlıq Qarabağın əhalisinin əksəriyyətini ermənilər təşkil edirlər.

Tomas de Vaal: “Ermənistan SSR məhz ermənilərin yeni vətəni olması üçün yaradılmışdı ”

Tomas de Vaal

19-cu əsrdə metropoliya burada yaşamaq üçün Türkiyə və İrandan minlərlə ailə köçürdükdən sonra İrəvan get-gedə erməni şəhəri oldu. Bunula belə, hələ 1870-ci illərdə burada cəmi 12 min nəfər yaşayırdı, başqa sözlə, hətta Şuşadan da kiçik idi. Və erməni qaçqınlar Bakıda iş axtarmağa üstünlük verirdilər. (Lourie, Yerevan’s Phenomenon, p. 177-178).

Retrospektiva. Ermənilər Qarabağa necə gəldi?

XIX əsrin əvvəllərindən etibarən, Rusiyanın Zaqafqaziyanı işğal etdiyi vaxtdan indiki Ermənistan ərazisində min illər boyu yaşamış türk boylarının qanlı-qadalı günləri başlamışdır. İki əsrlik imperiya siyasətinin nəticəsi olaraq türklərə qarşı dəfələrlə soyqrım həyata keçirilmiş, deportasiyalar nəticəsində onlar həmin ərazilərdən türk-azərlərini sonuncu nəfərinədək qovmuşlar.