HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Ermənilərin ‘gəliş’i

Azərbaycan tarixçiləri ermənilərin ərazilərimizə köçürülməsi haqqında

tarixçilər

Tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli: “…İlk yerləşmələr məhz Osmanlı-Səfəvi müharibələri zamanı baş verdi. Amma geniş surətdə ermənilərin Azərbaycan ərazisində yerləşdirilməsi 1828-ci il Türkmənçay və 1829-cu il Ədirnə müqaviləsi ilə bağlıdır. Türkmənçay müqaviləsinin 15-ci, Ədirnə müqaviləsinin isə 12-ci maddəsinə uyğun olaraq ermənilər kütləvi şəkildə işğal edilmiş Azərbaycan torpaqlarına köçürüldü.

Ermənilərin dövlət qurma arzuları ilə eyni vaxtda çar Rusiyası bölgədə öz maraqları ilə ön plana çıxmışdı

Rəssam Frans Rubo 1722-ci il
Rəssam Frans Rubo 1722-ci il

…Ermənilərin Cənubi Qafqazda dövlət qurma istəkləri ilk dəfə XVI əsrin sonu XVII əsrin əvvəllərində baş qaldırmışdır. Eçmiədzin erməni kilsəsinin bu bölgədə olması ermənilərin İrəvan xanlığı və ona yaxın ərazilərə xüsusi əhəmiyyət vərməsinə səbəb olmuş, onlar bu bölgəni müqəddəs bir yer olaraq qəbul etmiş və bütün diqqətlərini buraya yönəltmişlər.

Sovet dövründə Dağlıq Qarabağ əhalisinin etnik tərkibi necə idi?

Sovet dövründə DQMV-ində etnik tərkibin necə olduğu barədə aydın təsəvvür əldə etmək üçün 1923-cü il iyulun 7-də DQMV-nin yaradılmasına kimi buradakı etnik və siyasi vəziyyəti öyrənmək lazımdır. Belə ki, I Dünya müharibəsi davam etdiyi zaman, 1916-cı ildə çar Rusiyasının həyata keçirdiyi siyahıyaalmalara görə Şuşa qəzasında əhalinin ümumi sayı 171.954 nəfər olmuşdur: onların 77.189 nəfərini azərbaycanlılar, 94.785-i isə ermənilər təşkil etmişdir.

XIX əsrin əvvəllərində ermənilərin Şimali Azərbaycana köçürülməsi

1321473055_1828turkmenchay

XVIII əsrin sonlarındakı Böyük Fransa inqilabı (1789-1794-cü illər) ilə dünya tarixində böyük dəyişikliklər başladı. Qısa bir müddət sonra Napoleon müharibələri Avropanı bürüdü. Beynəlxalq münasibətlər kəskinləşdi. Dövlətlərarası ziddiyyətlər Şərqdə də özünü göstərdi.