XANƏGAH MƏSCİDİ

Daha bir unikal tarixi abidəmiz yer üzündən silinmək üzrədir – Laqeydlik bizi məhv edəcək – FOTO

Kəndimizin məscidi…

Yarıuçuq, dağılmış…

Kəndimizin məscidi,

Sənin ömrün nağılmış.

Bu misralar jurnalist Fuad Babayevin “Kəndimizin məscidi” şeirindəndir. O, Quba rayonunun Xanəgah kəndindəki məscidin faciəli durumu ilə bağlı şeir yazmaqla kifayətlənməyib. Milli.Az xəbər verir ki, jurnalist bir müddət bundan əvvəl tarixi-dini abidənin şəkillərini çəkib və sosial şəbəkədə paylaşıb.

Quba rayonunun Xanəgah kənd məscidi məhv olur-Mədəniyyət Nazirliyi məsələyə laqeyd yanaşır

Quba rayonunun Xanəgah kənd məscidi məhv olmaq üzrədir.

Bu barədə  məlumatı Azinforum.az-a kənd sakinləri verib.

Onların  sözlərinə görə, məlum məscid XVIII əsrdə tikilib və onun binası sovet dövründə anbar kimi istifadə edilib: “Həmin vaxt məscidə un, buğda məhsulları və s. yığılırdı. Vaxtilə binada minbər olub.  Çoxlu kitablar, bəzi kağız sənədlər də var idi. Onları sonradan kimlərsə daşıyıb, aparıb”.