Söhbət

Sərxan Musalı: “12-13, yaxud hətta 15 medal qazana bilərik”

_MG_96

Suallarımızı «Futbol +” qəzetinin əməkdaşı Sərxan Musalı cavablandırdı.

– Sərxan müəllim, Rio-de Janeyro Olimpiadası başlanır. Bu Olimpiada bizim idmançılarımız üçün ən çətin yarışlardan biri olacaq. Həm iqlim şəraiti, həm vaxt fərqi idmançılarımızın əleyhinə olacaq. İdmançılarımız bu şərtlərlə necə mübarizə aparacaqlar?

RETROSPEKTİVA – Namiq Mayılov: “Reket jurnalist “ASAN xidmət”dən niyə rüşvət istəmir?”

12747249_811783818947258_88883554067154263_o

Suallarımızı 10 yaşlı “Region+” jurnalının baş redaktoru Namiq Mayılov cavablandırır.

– Namiq müəllim, ciddi jurnalı yaşatmağın əsas düsturu nədir?

– Jurnallarda qəzet və saytlardan fərqli olaraq müəyyən ixtisaslaşma gedir. Sayt siyasətdən tutmuş mədəniyyətə, idmana kimi bütün sahələri əhatə edə bilər. Sayt rəhbərliyi xəbər bolluğunda hansı məlumatı istəsə yerləşdirə bilər. Jurnalın isə bu baxımdan imkanları məhduddur. Onun tutduğu yol ixtisaslaşmasından asılı olacaq. Tutaq ki, analitik jurnal nəşr etdirirsinizsə, burada artıq kriminal həyatdan belə yazanda da analitik yanaşma nümayiş etdirməlisiniz. Təbii ki, analitik yazıların oxucu auditoriyası nisbətən az olur və bu tendensiya bütün dünyada özünü göstərir. Ona görə də əyləncə, şou mövzusunda yazan jurnalla ayaqlaşa bilməzsiniz. Birincisi, istiqamətlər fərqlidir, ikincisi də sırf bazar subyekti kimi baxanda, onun gəliri və auditoriyası səninkindən yüksək olacaq. Bunu hesablayaraq, işini elə qurmalısan ki, öz auditoriyanı yığıb, onu qoruyub, saxlaya biləsən.

RETROSPEKTİVA – Akif Aşırlı: “Ən yaxın zamanlarda bir sıra qəzetlərin bağlanmasının şahidi olacağıq.”

Akif Asirli

1905.az portalının suallarını “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı cavablandırır.

– Əlavə təqdimata ehtiyacı olmayan “Şərq” qəzeti Sizin adınızla bağlıdır. 2016-cı ilin fevralınadək “Şərq” qəzeti hansı yolu, mərhələləri keçib? Və yaxın perspektivi necə təsəvvür edirsiniz?

– “Şərq” qəzeti 1996-cı ildən çap olunur, bu il fəaliyyətimizin 20 illiyi tamam olacaq. Həmin dövrdə Azərbaycanda böyük mətbuat bumu var idi. Siyasi partiyalar çox ciddi fəaliyyət göstərirdi. Əlbəttə, həmin partiyaların da qəzetləri bazara çıxırdı. Ayrı-ayrı yaradıcı insanlar da öz qəzetlərini buraxırdılar. Hər gün qəzet köşkündə yeni bir qəzet görünürdü. “Şərq” qəzeti məhz belə bir dönəmdə nəşr olunmağa başladı. Biz “7 gün” qəzetində çalışan bir qrup adam daha müstəqil, keyfiyyətli, maraqlı qəzet buraxmaq qərarına gəldik və düşündük ki, siyasi qüvvələrdən müəyyən bir məsafə saxlamaqla bunu həyata keçirmək mümkündür. O dövrdə yetərli oxucu bazarı və azad sözə böyük tələbat da var idi. Qəzeti də sırf oxucu marağına və sırf satış imkanlarına söykənərək nəşr etdirdik. Şübhəsiz ki, bizə dəstək verən insanlar da var idi və qəzet özünün ən yüksək inkişaf dövrünü 2000-ci ilədək yaşadı. 2000-ci ildən sonra latın qrafikasına keçid bizim üçün müəyyən  çətinliklər törətdi. Çünki oxucularımızın müəyyən bir hissəsi orta yaş təbəqəsinə malik insanlar idi. Onlar əsas etibarilə kiril qrafikasında oxuduqlarından, latın qrafikasına keçid bizim oxucularımızın sayına öz təsirini göstərdi. Birdən-birə tirajımızda xeyli enmələr oldu. Sonrakı siyasi proseslər, mətbuata qeyri-peşəkarların gəlməsi, sui-istifadə halları, qeyri-peşəkarlara cəmiyyətin mənfi münasibətinin formalaşması da bizim işimizə öz təsirini göstərdi. Qəzetimizin tirajı 29-30 mini ötürdü, satış imkanlarımız 80 faizdən artıq idi.

RETROSPEKTİVA – Xaqani Səfəroğlu: “Tez-tez qəzet baş redaktorlarının internet KİV barədə qəzəbli açıqlamalarını oxuyuram”

Xaqani Seferoglu

1905.az portalının suallarını “Yeni Media Jurnalistləri” İctimai Birliyinin sədri,  strateq.az saytının redaktoru Xaqani Səfəroğlu cavablandırır.

 – Xaqani müəllim, 2012-ci ildə “Yeni Media Jurnalistləri” İctimai Birliyinin təsis yığıncağı keçirildi və Siz də təşkilatın sədri seçildiniz… Xeyli vaxt keçir. Gördüyünüz, görə bildiyiniz və hansısa səbəblərdən gerşəkləşdirə bilmədiyiniz işlər barədə nə deyə bilərsiniz?

– “Yeni Media Jurnalistləri” İctimai Birliyi 2012-ci ildə təşəbbüs qrupunu yaradıb və niyyətini elan edib. 2013-cü ildə isə təşkilat kimi yaradılıb. Təşkilatın məqsədi internet media sahəsində çalışan jurnalistlərin bir araya gətirmək olub. Müxtəlif saytlarda işləyən internet jurnalistləri təşkilatın üzvləridir. Biz qurumu yaradarkən ölkənin media müstəvisində yenicə təşəkkül tapan onlayn media seqmentində problemləri öyrənmək, təklifərlə çıxış etmək və bununla bağlı marifləndirici tədbirlər keçirmək olub. Bu illər ərzində internet media ilə bağlı bir sıra təkliflərlə çıxış etmişik. İlk dəfə olaraq KİV haqqında qanunda internet media ilə boşluğun olduğunu deyərək müvafiq dəyişikliklərə ehtiyac olduğunu vurğulamışıq. Bundan savayı, onlayn media ilə bağlı bir sıra təkliflərimizi hazırlayaraq Mətbuat Şurasına təqdim etmişik. Bu illər ərzində internet media ilə bağlı bir sıra konfranslarda, toplantılarda iştirak etmişik, fikirlərimizi açıqlamışıq. “Yeni Media Jurnalistləri” ilk olaraq ölkədə İnformasiya Təhlükəsizliyi haqqında qanunun qəbul olunmasını təklif edib və bununla bağlı təkliflər paketini açıqlayıb. Təşkilat beynəlxalq əlaqələrin qurulmasına da ciddi yanaşır. Qurumun üzvləri Türkiyədə olarkən qardaş ölkənin onlayn media orqanları ilə əlaqələr yaradıb. Biz ölkənin internet KİV müstəvisini ciddi izləyirik və hər ay hesabat hazırlayırıq. Təşkliat iki dəfə ölkədə internet medianın vəziyyəti barədə sorğu keçirib və nəticələri KİV-də kifayət qədər rezonans doğurub. Bu il üçün xeyli planlarımız var. Onlayn media ilə bağlı maarifləndirici təlimlərin keçirilməsini planlaşdırırq. Eyni zamanda internet jurnalistlərinin Forumunu təşkil etmək istəyirik.