Söhbət

aysun zeynalova_f

Aysun Zeynalova: “Avropa Gənclər Paytaxtı olduqca böyük layihədir.”

Aysun zeynalova

1905.az portalının suallarını Gəncə 2016 Avropa Gənclər Paytaxtı (AGP) layihəsinin beynəlxalq əlaqələr üzrə kordinatoru Aysun Zeynalova cavablandırır.

– Aysun xanım, Gələcəyə Körpü İctimai Birliyində fəaliyyət göstərmisiniz…

–  Gələcəyə Körpü Gənclər İctimai Birliyinə 2012-ci ildə qoşulmuşdum. O zaman ABŞ-da təhsilimi başa vurmuşdum və cəmi bir neçə həftə idi ki, Azərbaycana qayıtmışdım. ABŞ-da olarkən ictimai sahə ilə maraqlanmağa başlamışdım, hər həftə müxtəlif yerlərdə, qocalar evində, məktəblərdə, humanitar təşkilatlarda könüllü kimi məşğul olurdum. Vətənə qayıdandan sonra boş vaxtım çox olduğundan ictimai işlərlə məşğul olmaq istəyirdim. “Gələcəyə Körpü”yə, demək olar ki, təsadüfən qoşuldum. Rəfiqəmlə təşkilata getdik, orada fəaliyyət göstərən gənclərlə tanış oldum. Təşkilatdakı ab-havanı çox bəyəndim. Ümumiyyətlə, gənclər bir arada çalışarkən iş yeri pozitiv enerji ilə dolur. Orada ingilis dili danışıq klubu açdım, daha sonra isə beynəlxalq əlaqələr üzrə koordinator kimi çalışdım. Bir müddət çalışdıqdan sonra “Gələcəyə Körpü”nün “Uşaqların Xilası” (Save the Children) təşkilatı ilə birgə həyata keçirdiyi layihədə işləməyə başladım. Hazırda təşkilatda işləməsəm də, təşkilatın heyəti ilə çox yaxşı münasibətdəyik və hələ də mənim üçün doğma bir yerdir.

-624x468

Elxan Elatlı: “Yavaş-yavaş olsa da, Azərbaycanın Şerlok Holmsu yaranır”

12819263_821824167943223_1828917717257679081_o-624x468

1905.az portalının suallarını yazıçı Elxan Elatlı cavablandırdı.

– Elxan müəllim, Yu Nesbö kitabları bir çox dillərə tərcümə olunan məşhur Norveç yazıçısıdır. 4 milyon insanın danışdığı Norveç dilində yazır, amma əsərləri dərhal müxtəlif dillərə tərcümə olunur. Giyom Müssö isə gənc fransız yazıçısıdır. Çox gənc yaşlarında yazıb nəşriyyata göndərdiyi roman sayəsində məşhurlaşıb. Bu iki yazıçının əsərləri Norveç və Fransanı dünyaya tanıdır. Neft ixrac edən Norveç və dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Fransa həm də bu yolla pul qazanır, belə demək mümkünsə. Bu problemə necə baxırsınız, bizdə Nesbö və Myusso yoxluğunu necə şərh edərdiniz?

DSCF8055 feaut

Samir İsayev: “Bənd dağılsa, 570 milyon kub.metr su sürətli axınla Bərdəyə tərəf gedəcək.”

DSCF8055

Müsahibimiz Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Sərsəng SOS” layihəsinin əlaqələndiricisi, tanınmış hüquqşünas Samir İsayevdir.

– Samir müəllim, yanvarda Avropa Şurası Parlament Assambleyasında millət vəkili, AVCİYA prezidenti Elxan Süleymanovun təşəbbüsü ilə Ermənistanı rəsmi olaraq Azərbaycanın Dağlıq Qarabağ və digər qonşu ərazilərinin işğalçısı kimi təqdim edən və  Ermənistan silahlı qüvvələrinin bölgədən dərhal geri çəkilməsini tələb edən qətnamə qəbul edildi…

AVCİYA-nın 24 fevralda yayımlanmış bəyanatında belə bir cümlə var: “Sərsəng su anbarı 1992-ci ildən Ermənistanın işğalı altındadır və texniki qurğuların baxımsızlığı nəticəsində hazırda qəza vəziyyətindədir. Anbarda baş verə biləcək hər hansı qəza nəticəsində Azərbaycanın cəbhəyanı 6 rayonunun – Yevlax, Goranboy, Tərtər, Bərdə, Ağdam, Ağcabədi rayonlarının 400 mindən artıq əhalisi  qısa vaxt ərzində məhv olmaq təhlükəsi ilə üz-üzədir.”

Arye Gut future

Arye Qut: “Çalışmaq lazımdır ki dünyada həqiqətən Azərbaycanı sevən dostlar koalisiyası formalaşsın”.

Arye Gut

Müsahibimiz İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qutdur.

– Məlumdur ki, İsraildə postsovet ölkələrindən köçmüş çoxlu insanlar yaşayır. Azərbaycanın ən böyük problemi olan erməni təcavüzü, ərazilərimizin tapdaq altında olması İsraildən necə görünür? Hazırlıqlı İsrail vətəndaşı bu münaqişəni necə dəyərləndirir?

– Mən 2000-ci ildən İsraildə yaşayıram. Hələ Israilə köçməmişdən öncə, ivrit dilini öyrənmişdim. İsrailə köçəndə mənim birinci arzum doktoranturanı bu ölkədə oxumaq istəyi idi. Həm də istəyirdim ki, mövzum məhz Azərbaycanla bağlı olsun. Lakin Azərbaycanla əlaqədar mütəxəssis olmadığından, mənimlə çalışmaq istəyən professor tapmağı tövsiyə etdilər. Nəhayət, mənə bir adamı nişan verib dedilər ki, o, keçmiş SSRİ üzrə mütəxəssisdir. Onunla tanış olub, Azərbaycanla bağlı doktorluq işi yazmaq istəyimi söyləyəndə, təəccüblə Azərbaycanın harada yerləşdiyini soruşdu. Yəni sualınıza cavab olaraq demək istəyirəm ki, 2000-ci illə 2016-cı il arasında fərq böyükdür. İndi İsraildə Azərbaycanla bağlı daha çox məlumatlıdırlar.