Söhbət

Rəfael Hüseynov: “Rusiyada bütün azərbaycanlılara mənfi münasibət göstərildiyini demək, ədalətsizlik olardı”

DSC00871 Rəfael Hüseynov Bakı Dövlət Universitetini, Sorbonna Universitetinin aspiranturasını bitirib. “Molodyoj Azerbaydjana” qəzetinin baş redaktoru, “Komsomolskaya pravda” qəzetinin şöbə müdiri olub. “Raboçaya tribuna” qəzetinin baş direktoru, “Trud” qəzetinin baş redaktor müavini, “Tribuna” qəzetinin şef-redaktoru vəzifələrində çalışıb. Rusiya Jurnalistlər İttifaqının katibi, Ümumrusiya Azərbaycanlıları Konqresinin rəyasət heyətinin üzvüdür. Rusiyanın əməkdar mədəniyyət işçisidir.

Rey Kərimoğlu: Beynəlxalq donorların Azərbaycanda apardığı məkrli siyasətin qarşısı alınmalıdır

 

rey_kerimoglu_fotoRey Kərimoğlu 1967-ci ildə Ağdam rayonunda anadan olub. Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq institutunun hüquq fakültəsini bitirib. Ermənilərin Azərbaycana qarşı torpaq iddiasına etiraz əlaməti olaraq 1988-ci ilin fevral ayında Ağdam – Əskəran istiqamətindəki  yürüşdə iştirak edib. 2-ci qrup Qarabağ əlilidir.

–         Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə döyüşçü Rey iştirak edib, yaralanıb. Bəs informasiya müharibəsində jurnalist Rey nələri edib, nələri edə bilməyib və nələri etmək istəyir?