Söhbət

Elxan-Süleymanov1 (1)

XOCALI – az qala 25 il keçir… Elxan Süleymanov: “Hesab edirəm ki, biz döyüş meydanlarından öncə informasiya meydanında Ermənistanı məğlub etməliyik.”

Elxan-Süleymanov1 (1)Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanov 1905.az portalının suallarını cavablandırır.

– Elxan müəllim, AVCİYA yarandığı ilk gündən Ermənistanın Azərbaycana təcavüzünü, onun aradan qaldırılması yollarını ön plana çəkib. Bu illər ərzində AVCİYA-nın həyata keçirdiyi hansı mühüm layihələri qeyd edə bilərsiniz?

_MG_3251f

XOCALI – az qala 25 il keçir… Kamil Dərələyəzli: “Şelli ilə Əsgəranın arasındakı təpəyə çatanda hər tərəfdən atəş səsləri eşidilirdi.”

_MG_3251

1905.az portalının suallarını publisist, ehtiyatda olan polkovnik Kamil Dərələyəzli cavablandırır.

 

– Kamil müəllim, Siz əslən Qərbi Azərbaycanın Dərələyəz bölgəsindənsiniz. Ermənistanın Azərbaycana təcavüzü başlayanda isə Rusiya hüquq-mühafizə orqanlarında çalışırdınız. Necə oldu ki, Xocalıda işləməyə başladınız?

02 - İ.Cəfərovf

XOCALI – az qala 25 il keçir… İlqar Cəfərov: “Uşaq meyitlərinin yanında əlacsız vəziyyətdə oturmuş kişi gözümün önündən getmir.”

02 - İ.Cəfərov

AZƏRTAC-ın əməkdaşı, fotojurnalist İlqar Cəfərovla danışdıq.

– İlqar müəllim, Siz Xocalı soyqırımı ilə bağlı dünyada ən geniş yayılmış fotoşəkillərin müəllifisiniz. Xocalı soyqırımı baş verən gün harada idiniz?

– Mən AZƏRTAC-da işləyirəm. 1992-ci il fevral ayının 24-də ilk ezamiyyətlərimdən birinə Füzuli, Laçın, Şuşa rayonlarına yollanmışdım. O vaxt həmin rayonlar atəş altında idi, döyüşlər gedirdi. Bir gün Füzulidə olduqdan sonra, getdim Şuşaya. O vaxtadək Qarabağ bölgəsində olmamışdım və birinci dəfə idi ki, bu bölgəyə gedirdim. Hələ Şuşada olarkən  əsgərlərdən eşitdim ki, Xocalı aramsız atəşə tutulur, vəziyyət ağırdır. Elə Şuşanın özü də atəş altında idi. Fevralın 25-də Şuşada idim. Mərmilər şəhərdə böyük dağıntılar törətmişdi, vəziyyət gərgin idi. Həmin dağıntıları lentə aldım. Səhərisi gün yenə dağıntıların şəklini çəkdim.  Sonra 2-3 günlüyə atəş kəsildi. O vaxt İrandan nümayəndə heyəti gəlmişdi. Ancaq atəş kəsilməklə yanaşı,  Xocalıda dəhşətli hadisələr baş verirdi. Hiss olunurdu ki,  ermənilər atəşkəsə daha məkrli bir planın hazırlanması üçün razılıq vermişdilər. Həmin vaxt xarici agentliklər də orada çəkiliş aparırdılar. Fevralın 26-da qayıtdım Laçına, gecə bir az çəkiliş etdim və fevralın 27-də Bakıya yola düşdüm.