Xəbər

Bakıda Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbir keçirilib

İyunun 20-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Dövlət Miqrasiya Xidmətinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin, ADA Universitetinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə Ümumdünya Qaçqınlar Gününə həsr olunan tədbir keçirilib.

Azərbaycan prezidenti: “Ermənilərin məscidləri dağıtması müsəlman aləminə qarşı cinayətdir”

“Ermənistan Azərbaycanın torpaqlarının bir hissəsini uzun illərdir ki, işğal altında saxlayır, bütün beynəlxalq normaları kobudcasına pozur, BMTTəhlükəsizlik Şurasının dörd qətnaməsinə biganə qalır, işğal edilmiş torpaqlarda bizim bütün tarixi, dini abidələrimizi məhv edib və bunu təsdiqləyən bir çox sənədlər, videomateriallar var.