Xəbər

Dövlət Komissiyası: Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı “məhkəmə” qərarının heç bir hüquqi əsası yoxdur

“Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı qəsbkar rejimin nə özünün, nə də məhkəməsinin verdiyi hər hansı qərarın hüquqi əsası yoxdur və bu hərəkət qəbuledilməzdir”.
APA-nın məlumatına görə, bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclasında bildirilib.

“Azadlıq Radiosu”nun öz əməkdaşını Azərbaycanın işğal olunmuş ərazilərinə ezam etməsi qeyri-qanunidir

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “azadlıqradiosu.az” ünvanında fəaliyyət göstərən internet saytında yanvarın 5-də verilmiş xəbərdə “Azadlıq Radiosu”nun əməkdaşı kimi təqdim olunan Margot Buff adlı şəxsin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməsi və orada foto çəkilişlər aparması barədə xəbərlə bağlı açıqlama verib.