Netty2014 Nominants

Xəbər

avciya-logo-1

“Ermənistanın Azərbaycana təcavüzü media gündəmində” adlı müsabiqə haqqında ƏSASNAMƏ

Logo

1. Ümumi müddəalar

Müsabiqə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən keçirilir.

Müsabiqənin məqsədi – Ermənistanın Azərbaycana təcavüzünün tarixi və mövcud durumunu elektron və çap kütləvi  informasiya vasitələrində geniş işıqlandırmaqdan, potensial oxucu və tamaşaçı auditoriyasının vətənpərvərlik ruhunu daha da yüksəltməkdən ibarətdir.

2.Müsabiqənin iştirakçıları

Müsabiqədə elektron və çap kütləvi informasiya vasitələrinin təmsilçiləri, yaşından asılı olmayaraq müstəqil müəlliflər iştirak edə bilərlər.

3.Müsabiqə 2 nominasiyada keçirilir:

– Qəzet, jurnal və elektron saytlarda çap olunmuş məqalələr, müsahibələr;

– Televiziya və radioda getmiş veriliş, süjet və ya reportajlar.

4. Müsabiqənin keçirilmə qaydası

– Müsabiqədə 1 fevral 2017-ci ildən 30 iyun 2017-ci il tarixədək dərc olunmuş, nümayiş etdirilmiş və ya səsləndirilmiş məqalə, müsahibə, süjet, reportaj iştirak edə bilər (materiallar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək).

– Hər iştirakçı müsabiqəyə istənilən sayda məqalə, müsahibə, süjet və ya reportaj təqdim edə bilər. Təhlil səciyyəli materiallara üstünlük verilir.

– Müsabiqədə Azərbaycan, rus və ingilis dillərində dərc olunmuş məqalələr, televiziya və ya radioda göstərilmiş (səsləndirilmiş) veriliş, süjet və reportajlar iştirak edəcək.

5. Müsabiqəyə göndərilən materiallar aşağıdakı kimi tərtib olunmalıdır:

– Çap Kütləvi İnformasiya Vasitələri:

Məqalə qəzetdən və ya jurnaldan skaner edilərək, yaxud saytdan linki elektron poçta göndərilir.

– Televiziya:

Materialın internetdəki linki elektron poçta göndərilir.

– Radio:

Materialın internetdəki linki elektron poçta göndərilir.

– İnternet nəşrlər:

Materialın linki elektron poçta göndərilir.

– Elektron poçta göndərilmiş materialda aşağıdakılar göstərilməlidir:

Məqalənin, müsahibənin, verilişin, süjetin, reportajın adı,

Müəllifin adı, soyadı və atasının adı,

əlaqə telefonu (mobil və ya ev telefonu nömrəsi) və elektron poçt ünvanı,

anadan olduğu tarix (il, ay və gün).

Dərc olunmuş media orqanının adı.

Müsabiqəyə göndərilmiş materiallara rəy verilmir.

6. Müsabiqəyə yekun vurulması və qaliblərin mükafatlandırılması

– Müsabiqəyə 2017-ci ilin iyun ayının 30-da yekun vurulacaq;

– Müsabiqə qaliblərinə aşağıdakı məbləğdə pul mükafatları və diplomlar təqdim olunacaq:

2 – I yer – 750 manat

2 – II yer – 500 manat

4 – III yer – 250 manat.

7.Müsabiqəyə təqdim ediləcək materiallar musabiqe@avciya.az elektron ünvanına göndərilməlidir.

 

Əlaqə telefonu: 050 244 20 76

 

1485165580766341259_1000x669 (1)

Prezident İlham Əliyev: “Azərbaycan Ordusu dünyanın ən qüdrətli ordularından biridir”

1485165580766341259_1000x669

“Burada yaşamaq və xidmət aparmaq üçün bütün şərait var. Son illər ölkəmizdə 20-dən çox hərbi şəhərcik inşa edilib”.

 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında hərbçilərlə görüşdə deyib.

MG_3140

“Qətl edilmiş uşaqlar” kitabının təqdimat mərasimi olub

_MG_3140

Yanvarın 19-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən nəşr edilən “Qətl edilmiş uşaqlar” kitabının təqdimat mərasimi keçirilib.

ISESCO-logof

ISESCO Dağlıq Qarabağda atəşkəs rejiminin pozulması ilə bağlı bəyanat yayıb

ISESCO-logo

Elm, Təhsil və Mədəniyyət Məsələləri üzə İslam Təşkilatı (ISESCO) işğal olunmuş Dağlıq Qarabağ ərazisinin müxtəlif zonalarında atəşkəs rejiminin Ermənistan silahlı qüvvələri tərəfindən pozulmasını və Azərbaycanla gərginliyin artmasını pisləyib. APA-nın məlumatına görə, bu barədə ISESCO-nun bəyanatında deyilir.