HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

Xəbər

AVCİYA-nın petisiyasına ABŞ-ın münasibəti necə olacaq?

Elxan Suleymanov

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) 06 aprel 2016-cı il tarixində Ağ Evin rəsmi saytında başladığı “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” petisiyaya imza toplama kampaniyası 30 gün ərzində davam etmiş və 06 may tarixdə başa çatmışdır. Bu müddət ərzində petisiyaya 330 mindən artıq insan imza atmışdır.

Şuşanın Ermənistan tərəfindən işğalı ilə bağlı faktlar Serbiya ictimaiyyətinə çatdırılıb

susa qalasi gence qapisi

Azərbaycanın Serbiyadakı səfirliyi Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı faktların əks olunduğu press-reliz yayıb. Press-relizdə deyilir ki, 8 may 2016-cı il tarixi Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 24-cü ildönümüdür. 1989-cu il statistikasına əsasən, Şuşada 20579 insan yaşayırdı. Onlardan 19036-sı azərbaycanlılar (92,5 faiz), 1377-si (6,7 faiz) isə ermənilər idi.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə Rusiya qanunvericiliyi mövqeyindən baxış

1462179395199692484_1000x669

“Youtube” internet resursunda rusiyalı tarixçi və siyasi analitik, tarix elmləri namizədi Oleq Kuznetsovun “Vestnik Kavkaza” nəşrinin redaksiyasında çıxışının video-yazısı yerləşdirilib. O.Kuznetsov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə Rusiya qanunvericiliyi mövqeyindən baxışı şərh edir. AZƏRTAC həmin çıxışın mətnini təqdim edir.

Əli Həsənov: “Belə təəssürat yaranır ki, beynəlxalq təşkilatlar, Minsk qrupu bütün səylərini Dağlıq Qarabağdakı separatçı qurumun təhlükəsizliyinin təmin edilməsinə yönəldib”

8d2732fc8a7852793eb5bff132b03897

Azərbaycanla Ermənistan arasında atəşkəsin bərpa olunması ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, aprelin 26-sı gecə saatlarından başlayaraq Ermənistan silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini və qoşunların təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrini iri çaplı silahlardan – “Qrad” qurğuları, toplardan intensiv şəkildə atəşə tutublar. Nəticədə Ağdam rayonunun 1 sakini həlak olub, 4-ü ağır olmaqla 8 nəfər yaralanıb. Bundan başqa, yalnız bu üç gün ərzində 100-dən artıq evə ziyan dəyib, onlarla ev dağıdılıb və yaşayış üçün yararsız vəziyyətə düşüb, əhalinin mülkiyyətinə, təsərrüfatına, habelə inzibati binalara, kommunal infrastruktura ciddi ziyan vurulub.