müsahibələr

Xocalıdan bəhs edən “Kağız qəbir” bədii filminin çəkilişinə hazırlaşan ELÇİN ARİFOĞLU

13393078_876833802442259_1865991333_n

– Xocalı faciəsindən az qala 25 il keçir…

– Filmdə hadisələr 25 il əvvəl, 1992-ci ilin 25 fevralından 26-sına keçən gecə Xocalıda çəkilmiş video kadrlar və bu çəkilişi aparmış amerikalı jurnalist ətrafında cərəyan edir. Tamaşaçı 25 il sonra tapılıb üzə çıxarılan həmin kadrlarda soyqırım gecəsi baş verən dəhşəti, faciəni yeni rakursdan, daha yaxından, kənardan və sonradan çəkilən kadrlar kimi yox, hadisələrin içində olan kameranın obyektivində görür, adi bir ailənin, günahsız insanların, qadınların, uşaqların faciəsinin içinə düşür və bu gün Ermənistan siyasi-hərbi hakimiyyətində təmsil olunan bir çox şəxslərin həmin soyqırımda, qətllərdə, işgəncələrdə şəxsən iştirakının şahidinə çevrilir… Bütün film boyu tamaşaçı erməni silahlıları tərəfındən ələ keçırılmış şəhərdə qalan dinc bir ailənin öz övladlarını da, atasız, anasız qalan başqa uşaqları da xilas etmək üçün apardığı mübarizəni görür, bu gərgin mübarizənin içində həmin uşaqların xilas olmaq şansının hər ötən dəqiqədən necə əridiyinin canlı şahidinə çevrilir, onların acı taleyini yaşayır, hiss edir və sonda Xocalını insan, insanlıq faciəsi kimi anlayıb, bunu törədənlərin hansı çəzaya layıq olduğu sualına özü cavab verir. Eyni zamanda filmdə bu kadrların 25 il gizli qalmasının, onu çəkən amerikalı jurnalistin isə 25 il bu hadisələr barədə susmasının da dəhşətli sirrinin üstü açılır…

Xocalı soyqırımı bəşəriyyətə qarşı amansız cinayətdir «Azərbaycan» qəzetində «dəyirmi masa»

DSC_1271

Bu gün ən mühüm vəzifələrdən biri Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində Azərbaycan, ingilis, fransız və rus dillərində işıq üzü görən “Xocalı-1992” kitabının yaradıcı heyəti də bu məqsədə xidmət edir. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin hazırladığı kitaba Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımı haqqında fikirləri, insanlığa ləkə olan bu faciə barədə məqalə və məlumat-soraq materialları daxil edilib.