müsahibələr

Xocalıdan bəhs edən “Kağız qəbir” bədii filminin çəkilişinə hazırlaşan ELÇİN ARİFOĞLU

13393078_876833802442259_1865991333_n

– Xocalı faciəsindən az qala 25 il keçir…

– Filmdə hadisələr 25 il əvvəl, 1992-ci ilin 25 fevralından 26-sına keçən gecə Xocalıda çəkilmiş video kadrlar və bu çəkilişi aparmış amerikalı jurnalist ətrafında cərəyan edir. Tamaşaçı 25 il sonra tapılıb üzə çıxarılan həmin kadrlarda soyqırım gecəsi baş verən dəhşəti, faciəni yeni rakursdan, daha yaxından, kənardan və sonradan çəkilən kadrlar kimi yox, hadisələrin içində olan kameranın obyektivində görür, adi bir ailənin, günahsız insanların, qadınların, uşaqların faciəsinin içinə düşür və bu gün Ermənistan siyasi-hərbi hakimiyyətində təmsil olunan bir çox şəxslərin həmin soyqırımda, qətllərdə, işgəncələrdə şəxsən iştirakının şahidinə çevrilir… Bütün film boyu tamaşaçı erməni silahlıları tərəfındən ələ keçırılmış şəhərdə qalan dinc bir ailənin öz övladlarını da, atasız, anasız qalan başqa uşaqları da xilas etmək üçün apardığı mübarizəni görür, bu gərgin mübarizənin içində həmin uşaqların xilas olmaq şansının hər ötən dəqiqədən necə əridiyinin canlı şahidinə çevrilir, onların acı taleyini yaşayır, hiss edir və sonda Xocalını insan, insanlıq faciəsi kimi anlayıb, bunu törədənlərin hansı çəzaya layıq olduğu sualına özü cavab verir. Eyni zamanda filmdə bu kadrların 25 il gizli qalmasının, onu çəkən amerikalı jurnalistin isə 25 il bu hadisələr barədə susmasının da dəhşətli sirrinin üstü açılır…

Pərviz Əzimzadə: “Şuşa, Xocalı, Qarabağ yanğısı ilə yaşayırsansa, bu problemi gündəlik mövzuya çevirməlisən.”

DSCF7356

1905.az portalının suallarını TV mütəxəssisi Pərviz Əzimzadə cavablandırır.

– Pərviz müəllim, uzun müddət TV-də çalışmısınız. Peşəkar operator kimi. Hazırda nə ilə məşğulsunuz?

– Mən hazırda “Two flames” prodüser mərkəzinin təsisçisi və rəhbəriyəm. Düzdür, tək deyiləm, ortağım da var. Aqil Məmiyevlə birlikdə işləyirik. Mərkəzin bədii rəhbəri tanınmış aktrisa və aparıcı Aysel Nazim, baş prodüser isə Günel xanımdır. Biz dördlükdə çalışırıq. Əsasən şou tipli layihələr etmişik. “Boulevard Hotel Baku”da “Ərəb gecəsi” keçirmişik. İşimizi “Paşa Holdinq” bəyəndi və holdinq tərkibindəki Abshepon Hotel Group-a daxil olan, “Şamaxı Palas”da qurban bayramı ilə bağlı böyük bir tədbir keçirdik. Martın 6-da isə “House of Azerbaijan”da Qadınlar günü ilə bağlı böyük bir bayram konserti təşkil edəcəyik.

RETROSPEKTİVA – “Milyon imza, bir tələb”

DSCF6514

1905.az portalının Diskussiya klubunda bu dəfə biz “Milyon imza bir tələb” mövzusunu AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov, siyasi elmlər doktoru Ramiz Sevdimalıyev, biologiya elmləri doktoru, professor Rauf Sultanov, politoloq İlqar Vəlizadə, jurnalist Ramilə Qurbanlı və Rey Kərimoğlu ilə müzakirə etdik.

Xocalı soyqırımı bəşəriyyətə qarşı amansız cinayətdir «Azərbaycan» qəzetində «dəyirmi masa»

DSC_1271

Bu gün ən mühüm vəzifələrdən biri Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində Azərbaycan, ingilis, fransız və rus dillərində işıq üzü görən “Xocalı-1992” kitabının yaradıcı heyəti də bu məqsədə xidmət edir. Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin hazırladığı kitaba Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımı haqqında fikirləri, insanlığa ləkə olan bu faciə barədə məqalə və məlumat-soraq materialları daxil edilib.