multİmedİa

Şahvələd Ayvazov – Məhv edilmiş talelər (FOTOQALEREYA)

Fotoqraf: Şahvələd Ayvazov
AIVAZOV SHAKHVALAD (SHAKH) ALI-OGLI 21Azərbaycan əsilli fotoqraf 1956-cı ildə Gürcüstanın paytaxtı Tbilisidə anadan olub.  1974-cü ildə orta məktəbi bitirdikdən sonra Sovet ordusu sıralarında 2 il xidmət edib. 1977-ci ildə “Gürcüstan”qəzetində fotomüxbir kimi işləyib. 1983-cü ildə Tbilisi Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1980-1992-ci illərdə Gürcüstan Dövlət Teleqraf Agentliyinin (ГРУЗИНФОРМ- ТАСС) fotomüxbiri olub.  Şahvələd Ayvazov 1992-ci ildən indiyədək Amerikanın Assoşieyted Press xəbər agentliyinin (Associated Press) Qafqaz üzrə fotoqrafıdır.

Xalid Əsgərov – Ədalətsiz müharibə

Fotoqraf: Xalid Əsgərov
 
Xalid Əsgərov 1961-ci ildə Bakı şəhərində anadan olub. Əvvəlcə Bakı Slavyan Universitetini, daha sonra Azərbaycan Dövlət Neft Akademiyasını bitirib.  Qarabağda, Abxaziyada, Çeçenistanda və Tacikistanda Reuters xəbər agentliyinin fotomüxbiri olaraq işləyib. Müxtəlif fotoalbomlar, jurnal və nəşrlər üçün fotolar çəkib.  Xalid Əsgərov hazırda Kanadada yaşayır

 

Həyata keçməyən arzular

FOTOQRAF: ED KAŞİ
expert-kashiNyu-Yorkda yaşayan Ed Kaşi dünyanın məşhur fotojurnalistlərindən biridir. , “National Geographic”, “Newsweek”, “Time” və “The New York Times” kimi mətbuat orqanlarında işləyib. “VII Photo” təşkilatının həmtəsisçisi olan Ed Kaşi münaqişə və aclıq bölgələrində çəkdiyi fotolarla məşhurdur. 2013-cü ildə Azərbaycanda olan fotojurnalist “Həyata keçməyən arzular” layihəsi çərçivəsində Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurd-yuvalarını  tərk etmək məcburiyyətində qalan  və 20 ildir köçkün həyatı  yaşayan insanların gündəlik həyatından bəhs edən sənədli fotoşəkillərini nümayiş etdirib.

Xocalıdan olan məcburi köçkünlərin yaşadığı yataqxana

 

FOTOQRAF: SELCAN QURBANOVA

selcan qurbanova

Selcan Qurbanova 1994-cü ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Respublika İncəsənət Gimnaziyasının təsviri və tətbiqi sənət şöbəsində alıb. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında  qrafik dizayn ixtisası üzrə təhsil alır. Rəssamlığı, fotoqrafiyanı çox sevir.Hal hazırda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda fotoqraf olaraq çalışır.