Dəyirmi masa

SOYQIRIM

Dəyərli tarixçilərimiz tarix üzrə elmlər doktorları Anar İsgəndərov, Məhərrəm Zülfüqarlı, tarix üzrə fəlsəfə doktorları Firdovsiyyə Əhmədova, Vaqif Abışov, Nazim Mustafa, Aqil Şahmuradov və Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyasının (AVCİYA) vitse-prezidenti, pedaqogika üzrə fəlsəfə doktoru Dəyanət Musayevlə dəyirmi masa arxasında söhbət etdik.

 

MALIBƏYLİ, QUŞÇULAR…

_MG_3340f

“Diskussiya klubu”nda bu dəfə Quşçular, Malıbəyli və Qaradağlı kəndlərinin işğalını müzakirə etdik. Müzakirələrdə Malıbəyli sakini, faciənin şahidi Allahverdi Balakişiyev, Quşçular kənd icra nümayəndəsi, faciənin şahidi Sahib Musayev, tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı, jurnalist Rəsmiyyə Rzalı, hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev iştirak edirdi.

20 Yanvar- Əsrin dörddə biri keçdi

Bu həftə 1905.az “Diskussiya klubu”nda biz, 20 Yanvarın 25 illiyinə həsr etdiyimiz mövzü haqqında siyasi elmlər doktoru Ramiz Sevdimalıyev, “Şəhidlər” kitabının müəllifi Rafiq Səməndər, şəhid Ülvi Bünyadzadənin bibisi, ədəbiyyatşünas Almaz Ülvi, fotoqraf Fərid Xayrulin və rəssam Nadir Bayrışov ilə söhbət etdik.

 

BİZ QAYIDACAĞIQ!

“1905.az” Diskussiya klubunda Qəzənfər Hüseynov, Dağbəyi Məhyəddinov və İlham Quliyevlə Sumqayıt şəhəri Məcburi Köçkünlərin İcma Şurası barədə söhbət etdik.

NƏSİMİ – 650… ƏHMƏD BƏY AĞAOĞLU , MİRZƏ CƏLİL – 150…

“1905.az” Diskussiya klubunda filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva, C.Məmmədquluzadə ev-muzeyinin böyük elmi işçisi Yeganə Məmmədova, ssenarist, kino mütəxəssisi Nadir Bədəlov, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarovla Nəsimi, Əhməd bəy Ağaoğlu və Cəlil Məmmədquluzadə barədə danışdıq.

 

YENİ TEATR MÖVSÜMÜMÜZ

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri, teatrşünas Çingiz Ələsgərli, Azərbaycan Dövlət Musiqili Teatrının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova və Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, əməkdar artist Qurban Məsimovla yeni teatr mövsümü barədə dəyirmi masa ətrafında söhbət etdik.