Netty2014 Nominants

Dəyirmi masa

ana sehife set future image

Musiqimiz, mətbəximiz erməniliyin hədəfində?!

1

Azərbaycan Xalq Çalğı alətləri üzrə alim Abbasqulu Nəcəfzadə, etnik musiqi üzrə mütəxəssis Fəttah Xalıqzadə, musiqişünas Zümrüd Dadaşzadə, Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov və  Xəzər TV-də yayımlanan  “Ləziz dad” verilişinin aparıcısı Ağakərim Şamidzadə ilə müzakirə etdik.

set future

Tariximiz, müəllimlərimiz və şagirdlərimiz

Diskussiya klubu

Diskussiya Klubunun bu dəfəki qonaqları Azərbaycan Tarix Müəllimləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev, Birliyin üzvləri Aydın Allahverdiyev, Faiq Babayev və Emil Məhərrəmovdur.

set future

RETROSPEKTİVA – Rusca, ingiliscə…Qarabağ haqqında

ümumi

1905.az portalının “Diskussiya klubu”da bu dəfə biz “Qarabağ düyünü rus və ingilis dillərində” mövzusunu fəlsəfə üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universiteti Avropaşünaslıq kafedrasının müdiri Sevda Axundova, Report.az portalı rus dili şöbəsinin təmsilçisi Cəfər Ağadadaşov, tərcüməçi Aygün Quliyeva, Xarici Dillər Universiteti, ingilis dili kafedrası, pedaqoq Elvina Baxışova, ingilis dili, sərbəst tərcüməçi Adil Bünyadla müzakirə etdik.

future

RETROSPEKTİVA – SƏRT QIŞ GƏLİR?!

DSCF53851905.az “Diskussiya Klubu”nun bu dəfəki mövzusu qarşıdakı qış mövsümü ilə əlaqədardır. Bəzi xəbərlərə görə, bu il çox sərt qış gözlənilir. Sərt qış şəraitində insanlarımız nə etməlidir? Bu suala cavab almaq üçün nəqliyyat sahəsində ekspert Azər Allahverənovu, geyim üzrə mütəxəssis Fikrət Əliyevi, istilik sistemləri üzrə mütəxəssis Aslan Mehdioğlunu və həkim-dietoloq Leyla Zülfüqqarlını redaksiyamıza dəvət etdik.

_MG_9921 feature

FÜZULİ… CƏBRAYIL… 23 İL KEÇDİ…

_MG_9921

Avqust ayının 23-də Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 23-cü ildönümü tamam olur. “1905.az” portalının Diskussiya klubunda bu dəfə adıçəkilən rayonların Facebook sosial şəbəkəsindəki səhifə və qruplarının idarəediciləri ilə onların fəaliyyətini müzakirə etdik. Diskussiya klubunda “Cəbrayılım” qrupunun idarəçisi Gülşən Rəvanqızı, “Cəbrayıl” səhifəsinin idarəçisi Elmin Həmzəyev, “Füzuli rayonu” səhifəsinin idarəçisi Orxan Behbid, “Füzuli rayonu” qrupunun idarəçisi İlkin Namaz, eləcə də jurnalist Ramilə Qurbanlı iştirak edirdi.

_MG_9672 featur

“İNİKAS”

_MG_9672

“1905.az” Diskussiya Klubunda bu dəfə gənc rejissor Ayşad Səfərəliyevin “İnikas” filminə baxış keçirdik və filmi onun yaradıcı heyətinin üzvləri – ssenari müəllifi və quruluşçu rejissor Ayşad Səfərəliyev, quruluşçu operator Rauf Qurbanəliyev, quruluşçu rəssam Şahin Həsənli və aktyorlar – əməkdar artist Elşən Rüstəmov və Tofiq Əliyevin iştirakı ilə müzakirə etdik. Müzakirələrdə “1905.az” portalının direktoru Fuad Babayev və portalın əməkdaşı Dadaş Musayev də iştirak edirdi.