Dəyirmi masa

RETROSPEKTİVA -Rusdilli internet məkanında Qarabağ

???????????????????????????????

Dəyirmi masa ətrafında Vesti.az saytından Vüqar Həsənov, Azərbaycan Dövlət Teleqraf Agentliyindən Əziz Məmmədov, Karabakhinfo.com elektron jurnalından Sevda Mustafayeva, Bakı Slavyan Universitetinin Yeni media kafedrasından Sevda Əliyeva, “Novosti Azərbaycan” informasiya agentliyindən İlqar Vəlizadə ilə biz, 1905.az portalının təmsilçiləri – İrina Muxtarova, Aynur Hüseynova, Gündüz Nəsibov və Fuad Babayev görüşdük.

“Bakı – 2015” tarixə düşəcək hadisə

DSCF1098

“1905.az” portalının Diskussiya klubunda bu dəfə biz “Bakı 2015 Avropa Oyunları” mövzusunu yazıçı Natiq Məmmədli, Milli Olimpiya Komitəsinin İnformasiya və Nəşriyyat idarəsinin rəhbəri Cəmaləddin Rəhmanov, Turizm İnstitutu Turizm və Qonaqpərvərlik fakültəsinin əməkdaşı Rəhman Səfərov, Milli Olimpiya Komitəsinin İnformasiya və Nəşriyyat idarəsinin baş məsləhətçisi Akif Əliyev və “1905.az” portalınn əməkdaşı Dadaş Musayevlə müzakirə etdik.

Bakı- Qəhrəman şəhərdir

“1905.az” Diskussiya klubunda böyük qələbənin 70 illliyi ərəfəsində “Vətən Müharibəsi Veteranlar Birliyi”nin sədr müavini, Əfqanıstan və Qarabağ müharibəsi veteranı Rasim Quliyev, Böyük Vətən müharibəsi veteranı Əli Nəsirov, “Azərbaycan generalları” kitabının müəllifi Şəmistan Nəzirli və pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayevlə ilə müzakirə etdik.

“Böyük yalanın 100 illiyi”

IMG_0131

Aprelin 21-də “1905.az” portalı Diskussiya Klubunun “Böyük yalanın 100 illiyi” adlı növbəti toplantısı Qafqaz Universitetində həmin universitetin Qarabağ Tədqiqatları Mərkəzi və Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) təşkilati dəstəyi ilə keçirilib. Alimlərin, ictimai təşkilatların, media nümayəndələrinin və “1905.az” portalının ekspertlərinin iştirakı ilə keçirilən müzakirələrdə 1915-ci ildə Türkiyədə baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparıldı.

Biz müsəlmanıq…demək vətənpərvərik?

umumi

“1905.az”Diskussiya klubunda bu dəfə biz “Dinimizdə vətənpərvərlik” mövzusunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri Nahid Məmmədov, Bakı Dövlət Universiteti tarix fakültəsinin müəllimi, ilahiyyatçı Saleh Kazımov, meneviyyat.az saytının redaktoru Rövşən Məmmədov, Qarabağ veteranı Babək Qocayevlə müzakirə etdik.

Çağırsa ellər, gedərəm davaya

umumi

1905.az “Diskussiya klubu”da bu dəfə biz meyxanalarımızda vətənpərvərlik mövzusunu filologiya elmlər doktoru, “Meyxanənin poetikası” kitabının müəllifi Nizami Tağısoy, meyxanaçılar Vüqar Əbdülov, Mehman Əhmədli, Mehdi Masallı və ANS telekanalında yayımlanan “De gəlsin” meyxana yarışmasının aparıcısı Emin Əfəndi ilə müzakirə etdik.