Azərbaycan prezidenti: “Erməni silahlı qüvvələri bölgədən çıxarılmalıdır”

e399f50959c2e2c70bd37d0c48420e30

Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, görüş Sankt-Peterburq şəhərində keçirilib.

Azərbaycan prezidenti görüşdə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsində “status-kvo” qəbuledilməzdir. “Erməni silahlı qüvvələri bölgədən çıxarılmalıdır. Ümid var ki, Qarabağ nizamlanmasına konstruktiv dinamika vermək mümkün olacaq”, – deyə o vurğulayıb.

Bakıda keçirilən Formula-1 Avropa Qran-prisi uğurla başa çatdı. Azərbaycan Prezidenti İlham Əliyev Qran-prinin açılış mərasiminə və final yarışına baxıb

14663607602113634533_1000x669

Azərbaycanın paytaxtı Bakı növbəti dəfə dünya əhəmiyyətli mötəbər idman yarışına ev sahibliyi edib. Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri – Formula-1 Avropa Qran-prisi keçirilib.

İyunun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Formula-1 Avropa Qran-prisinin açılış mərasiminə və final yarışına baxıblar.

Avropa Parlamentində Azərbaycanla bağlı məruzə müsbət səsvermə ilə başa çatdı

 europe-parliament-eu-building

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində çərşənbə axşamı, 14 iyun 2016-cı ildə Azərbaycan Respublikasına dair məruzəyə səsvermə müsbət nəticələnmişdir. Azərbaycana Aİ tərəfindən maliyyələşdirilən proqramlarda iştirak imkanı verəcək beynəlxalq sazişin ratifikasiyasını nəzərdə tutan bu məruzənin 2015-ci ildən bəri güclü anti-Azərbaycan kampaniyası tərəfindən qarşısı alınırdı.