HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

QARABAĞ AZƏRBAYCANDIR!

Azad edilmiş ərazilərdə daha 25 abidə inventarlaşdırılıb

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən inventarlaşma işləri davam etdirilir. Görülən işlər nəticəsində Ağdam, Füzuli, Ağdərə və Xocalı rayonları ərazisində 16-sı arxeoloji, 9-u memarlıq abidəsi olmaqla ümumilikdə daha 25 tarix-mədəniyyət abidəsinin yeri müəyyən olunaraq inventarlaşdırılıb.

Cəbrayılda yaşıl enerjinin ötürülməsini təmin edəcək yarımstansiyada işlər başa çatıb

İşğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı günəş elektrik stansiyası və ən böyük, birbaşa xarici investisiya layihəsi olaraq bp şirkəti tərəfindən Cəbrayıl rayonunda tikilən 240 meqavatlıq “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyası üçün Azərbaycan tərəfindən irihəcmli işlər həyata keçirilir. Belə ki, bp ilə “AzərEnerji” arasında əməkdaşlıq sazişinə uyğun olaraq, “Şəfəq” Günəş Elektrik Stansiyasının enerjisistemə qoşulması üçün Cəbrayılda 330/33 kilovoltluq yeni yarımstansiya və 7,5 kilometr məsafədə 330 kilovoltluq ikidövrəli yüksək gərginlikli ötürmə xətti çəkilib.

Döyüş meydanında əldə edilmiş qələbənin parlaq nəticəsi

Laçın rayonunun işğaldan azad edilməsinin ildönümüdür

Azərbaycanın füsunkar guşələrindən olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. 2020-ci il Vətən müharibəsindən sonra noyabrın 9-da Ermənistanın imzaladığı kapitulyasiya aktına əsasən həmin il dekabrın 1-də Ermənistan silahlı qüvvələri Laçın rayonunun ərazisindən çıxarıldı. Prezident İlham Əliyev həmin gün xalqa müraciətində bildirmişdi: “Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxartdı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Laçında klassik musiqi gecəsi keçirilib

Laçın şəhərindəki “Xocazfilm” kinoteatrında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri zərif tərtib olunmuş konsert proqramı ilə çıxış edərək qonaqlara klassik və xalq musiqisindən ibarət unudulmaz bir bayram yaşadıb.

Xıdırlıda daha 13 ailəyə mənzillərinin açarları verilib

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıdışı davam edir. Noyabrın 28-də Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç olub.