Xəbər

Ermənistana məxsus PUA məhv edilib

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, iyunun 21-i axşam saatlarında cəbhənin Tərtər istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) məhv edilib.