HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

QARABAĞ AZƏRBAYCANDIR!

Müvəqqəti yaşayış yerlərindən daimi məskunlaşmaya: Zabuxun 797 sakini doğma yurdda yaşayır


Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, məcburi köçkünlər mərhələli şəkildə doğma yurda qayıdırlar. Bu günədək işğaldan azad edilmiş ərazilərdə bərpa edilən və yenidən qurulan beş yaşayış məntəqəsi üzrə 1360 məcburi köçkün ailəsinin (5354 nəfər) daimi məskunlaşması təmin edilib. Laçın rayonunun Zabux kəndi də onlardan biridir.