HƏVƏNGDƏSTƏ

hƏVƏNGDƏSTƏ

QARABAĞ AZƏRBAYCANDIR!

Hərbi qulluqçumuz şəhid olub

5d32d5e98303f1c6cc2200b22b78cffe_800

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, martın 11-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində hərbi qulluqçumuz əsgər Abbasov Həsənəli Çingiz oğlu həlak olub.
Müdafiə Nazirliyinin rəhbərliyi mərhumun yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!

http://mod.gov.az/az/news/herbi-qulluqcumuz-helak-olub-17917.html

MN:Ermənistan silahlı qüvvələrinin dayaq məntəqəsinə cavab zərbəsi vurulub – VİDEO

af45d8739fe1ec06822fa86f49e2ff58

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, martın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib.

Hərbi qulluqçumuz şəhid olub

untitled-1

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində düşmənlə döyüş toqquşmasında yaralanan əsgər Əhmədov Elvin Süleyman oğlu hərbi tibb müəssisəsinə çatdırılsa da, bütün təxirəsalınmaz tədbirlərin görülməsinə və həkimlərin səyinə baxmayaraq aldığı həyatla uzlaşmayan yara səbəbindən şəhid olub.

Ermənistan döyüş meydanından meyitlərin çıxarılması barədə beynəlxalq vasitəçilərin iştirakı ilə əldə olunmuş razılığın şərtlərini pozub

f6add3f904a293404c919bdeaf4dab60_800

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırdı.

Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsi və PUA məhv edilib – Video

c6449e2aed55443cc83ce88aa4bb69f4

Müdafiə Nazirliyinin saytına istinadən verilən məlumata görə, fevralın 25-də mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin uzunmüddətli atəş nöqtəsi və cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən məhv edilib.
Düşmən itkilərə məruz qalıb

http://mod.gov.az/az/news/ermenistan-silahli-quvvelerinin-ates-noqtesi-ve-pua-mehv-edilib-font-color-red-video-font-17797.html