“Karnegi Klub”un rəhbəri, Moskva Ritorika və Natiqlik Bacarığı Universitetinin aparıcı təlimçisi Nəcəf Allahverdiyev təhsil müəssisələrində şagirdlər, eləcə də müəllim şagird arasındakı münasibətlərin tənzimlənməsindən ötrü məktəb direktorlarına təkliflər ünvanlayıb.
O, hər bir məktəbdə uşaqlara onların psixoloji durumlarına müsbət təsir göstərəcək ödənişsiz masterklas verməyə hazır olduğunu bildirib. Verilən təkliflərdə müəllim və şagird münsibətini tənzimləyə biləcək masterklas da nəzərdə tutulur. Təlimlər pulsuzdur. Ən böyük müalicənin profilaktika olduğunu qeyd edən təlimçi natiq arzu edən bütün məktəb direktorlarının müraciət edə biləcəyini bildirir.
Əlavə məlumat: 077 444 14 00