BMT-nin məlumatına əsasən, dünyada hərbi münaqişələr nəticəsində evlərini tərk etmiş qaşqınların sayı 2015-ci ildə rekord saya – 65,3 milyon nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə BBC-nin saytında dərc olunan məqalədə deyilir.
Məqalədə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində artıq bir neçə onillikdir evlərindən uzaqda yaşayan şəxslərdən bəhs olunur.
Eləcə də bir neçə məcburi köçkünün ağır yaşayış şəraiti diqqətə çatdırılır, onların sözlərinə yer verilir.
![](http://cdn.trend.az/media/pictures/2016/06/21/photo_210616_01.jpg)
![](http://cdn.trend.az/media/pictures/2016/06/21/photo_210616_03.jpg)