Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub. Bu, iyun ayında İstanbulda əldə olunan razılaşmalar çərçivəsində sayca səkkizinci mübadilədir.
AZƏRTAC xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, bu gün müxtəlif bölgələrdə – Donetsk, Mariupol, Luqansk, Xarkov və Xerson vilayətlərində Ukraynanı müdafiə etmiş hərbçilər evlərinə qayıdırlar: “Onlar Silahlı Qüvvələrin, Milli Qvardiyanın, Dövlət Sərhəd Xidmətinin, Dövlət Nəqliyyat Xüsusi Xidmətinin hərbi qulluqçularıdır”.
“Vətəndaşlarımız artıq evdədirlər. Onların əksəriyyəti 2022-ci ildən Rusiya əsirliyində saxlanılırdı”, – deyə Volodimir Zelenski əlavə edib.
Eyni zamanda, Ukrayna Ali Radasının insan hüquqları üzrə səlahiyyətli nümayəndəsi Dmitri Lubinets bu mübadilənin xüsusi özəlliyi barədə məlumat verib.
“Bu mübadilənin özəlliyi ondan ibarətdir ki, Rusiya tərəfindən uzun müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş müdafiəçilərimizi geri qaytara bildik. Azad edilənlərin böyük əksəriyyəti 2022-ci ildə əsir düşmüşdü”, – deyə o, sosial şəbəkədə qeyd edib.
Həmçinin itkin düşmüş hesab olunan hərbçilər də geri dönürlər. Azad edilənlər arasında zabitlər də var.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











