Yearly Archives: 2016
Qarabağ düyünü
Sovetlər birliyinin dağılması ərəfəsində xalqımızın tarixində ən ağrılı məsələlərdən olan Dağlıq Qarabağ problemi yenidən gündəmə gəldi. Ermənistan beynəlxalq hüquq normalarını və BMT Nizamnaməsini pozaraq? Davamını oxu
Bizim “dipkorpus”un saytları. Üçüncü yazı
1-ci və 2-ci yazılar bu linklərdə
http://1905.az/arasdirma-kim-yatmis-kim-oyaq
http://1905.az/bizim-dipkorpusun-saytlari-ikinci-yazi
Bizim “dipkorpus”un saytları haqqında ilk yazımızdan 2 il vaxt keçir. Görəsən keçən dövr ərzində saytlarımızın fəaliyyətində nə dəyişib? Operativlik, mövzuların əhatə dairəsi, dillərdəki materialların kəmiyyət və keyfiyyət göstəricisi arzuolunan səviyyədə olubmu? Müqayisəli təhlilə qiymət verməyi oxucuların öhdəsinə buraxırıq. Davamını oxu
Beynəlxalq erməni terrorizminin formalaşması və inkişafı: tarixi baxış (III hissə)
Ramiz Sevdimalıyev, siyasi elmlər doktoru
Davamı (əvvəli bu linkdə http://bit.ly/1UaU5Wx)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
Hörmətli cənab Prezident,
Əziz qardaşım,
Ankara şəhərində törədilmiş amansız terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca kədərləndirdi.
Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir və ona qarşı ən kəskin şəkildə mübarizəni labüd hesab edirik.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 13 mart 2016-cı il.
Türkiyə paytaxtında güclü partlayış baş verib – YENİLƏNİB
21:24
Ankara valiliyinin verdiyi ilkin məlumata görə, partlayış nəticəsində 27 nəfər həlak olub, 75 nəfər yaralanıb. Hadisənin partlayıcı yerləşdirilmiş avtomobil vasitəsi ilə törədildiyi bildirilir
X X X
Martın 13-də Türkiyə vaxtı ilə saat 18:35-də Ankara şəhərinin mərkəzində – “Kızılay” meydanı yaxınlığında güclü partlayış olub. Hadisə avtobus dayanacaqlarının yerləşdiyi ərazidə baş verib.