Ötən əsrin 70-80-ci illərində Azərbaycan SSR-nin tərkibində olan Dağlıq Qarabağ Muxtar Vilayətində inzibati ərazi vahidi olan Hadrut, Martuni, Mardakert, Əsgəran rayonlarında tarix diyaşünaslıq muzeyləri fəaliyyət göstərmişdir.
Yeri gəlmişkən deyək ki, Azərbaycan Respublikasınm 26 noyabr 1991-ci il tarixli, 279-XII nömrəli Qanununa əsasən DQMV ləğv edilərək Martuni və Hadrut rayonlannın bazası əsasında Xocavənd rayonu yaradılmışdır. Olduqca əlverişli çoğrafi mövqeyə və şəraitə malik olan Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəddir.
Xocavənd rayonu ərazisində işğaldan əvvəl iki tarix-diyarşünaslıq muzeyi Martuni və Hadrut qəsəbələrində fəaliyyət göstərib. Həmin muzeylər işğal altında qaldığı üçün orda olan eksponatlar haqqında heç bir məlumat toplaya bilməmişik. Erməni saytlarının yaydığı məlumata görə, hər iki muzey bu gün fəaliyyət göstərir. Ancaq muzey eksponatları və inzibati binaları təmir edilmədiyindən Azərbaycannın maddi mədəni irsinə aid eksponatlar bərbad günə düşmüşdür.
Qeyd edək ki, 80-ci illərində adıçəkilən rayonlarda tarix-diyarşünaslıq muzeylərinin açılması barədə Azərbaycan Nazirlər Sovetinin qərarı olub. Lakin Əsgəran şəhərində naməlum səbəblərdən muzeylərin açılışı prosesi faktiki baş verməsə də digər üç şəhərdə tarix-diyarşünaslıq muzeyi fəaliyət göstərmişdir.
Adıçəkilən muzeyin fəaliyyətə başlaya bilməməsinə səbəb, həmin illərdə rayonun subyekt kimi daxil olduğu Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) separatçılıq meyllərinin güclənməsi idi. Yerdə qalan üç muzeydə yüzlərcə Azərbaycanın milli mədəni sərvətlərinə aid edilən eksponatlar sərgilənirdi. Bu gün həmin muzeylər haqqında hər hansı geniş müfəssəl məlumat əldə edə bilməmişik. Ancaq Hadrut Tarix diyarşünaslıq muzeyinin yerləşdiyi binanın acınacaqlı vəziyyətdə olmasını erməni mənbələri xüsusi canfəşanlıqla qeyd edir.