
Avqustun 23-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1732 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 319, ikinci doza vaksinlərin sayı 337, üç və daha çox doza vaksinlərin sayı 886, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 190-dır.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 850 min 299, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 372 min 2, ikinci mərhələ üzrə 4 milyon 861 min 480, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 358 min 577, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 258 min 240-dır.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









