Azərbaycan Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 153 nəfər müalicə olunaraq sağalıb, 371 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 339 min 645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 331 min 782 nəfər müalicə olunaraq sağalıb, 5 min 2 nəfər vəfat edib. Aktiv xəstə sayı 2861 nəfərdir.
Ötən müddət ərzində 3 milyon 954 min 16 test aparılıb. Bugünkü test sayı isə 10 min 448-dir.