
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfər çərçivəsində iyulun 11-də Srebrenitsa qurbanlarının xatirəsinə inşa edilmiş Memorial mərkəzə gəlib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan parlamentinin sədri və digər ölkələrdən olan qonaqlar, o cümlədən ölkə və hökumət rəhbərləri, parlament sədrləri və rəsmi nümayəndələr anım tədbirləri çərçivəsində əvvəlcə “Keçməmişlərin izi ilə” sərgisi ilə tanış olublar.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova anım salonunda başsağlığı kitabını imzalayıb.
Daha sonra Memorial mərkəzdə faciə qurbanlarının anım mərasimi keçirilib.
Nümayəndə heyətlərinin rəhbərləri faciə qurbanlarının xatirəsini ehtiramla yad edərək, Memorial abidənin önünə gül dəstələri düzüblər.
Milli Məclisin sədri mərasim çərçivəsində bir sıra ölkələrin parlament rəhbərləri ilə görüşüb, onlarla söhbət edib.
















Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimi olub
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb











