
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 2112 yoluxma faktı qeydə alınıb, 882 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 511 min 974 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 482 min 578 nəfər müalicə olunaraq sağalıb, 6 min 847 nəfər vəfat edib. Aktiv xəstə sayı 22 min 549 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 568, bu günə qədər isə ümumilikdə 5 milyon 81 min 920 test icra olunub.