
Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 630 yoluxma faktı qeydə alınıb, 521 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 620 min 679 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 605 min 58 nəfər müalicə olunaraq sağalıb, 8 min 437 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 min 184 nəfərdir.
Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 262, bu günə qədər isə ümumilikdə 5 milyon 933 min 628 test icra olunub.