Milli Məclis Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun yaradılması barədə qərar layihəsini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərar layihəsi parlamentin aprelin 5-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri vəzifəsinə Milli Məclisin deputatı Cavanşir Feyziyevin namizədliyi irəli sürülüb.
Qərar layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.