Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov mayın 3-də Fransa Respublikasının Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması prosesi və bu istiqamətdə atılan addımlar müzakirə edilib. Xüsusilə Brüssel görüşündən sonra əldə edilmiş razılaşmaların icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb.
Görüşdə, eyni zamanda, regiondakı cari vəziyyət və beynəlxalq gündəlikdə duran digər məsələlər müzakirə olunub.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









